“Ağıllı” pul kisəsi oğrunun şəklini çəkəcək 13.07.2017    04:00 / Maraqlı məlumatlar

“Indiegogo” platformasında daxili kameraya malik ağıllı “Volterman” pul kisəsinin istehsalı üçün vəsait toplanmağa başlanıb. Bu pul kisəsi ona nəzər yetirməyə çalışan hər bir kəsin şəklini çəkir. Pul kisəsi sahibinin telefonu ilə simsiz rabitəni itirdikdə “Oğru rejimi” avtomatik qoşulur.

hitech.vesti.ru saytının məlumatına görə, “Volterman”in daxilində smartfonun ekransız içliyi yerləşdirilib. Qadcet 512 meqabayt əməli yaddaş, digər qurğuları da enerji ilə doldurmaq gücünə malik batareya, eləcə də real vaxt rejimində dünyanın hər hansı nöqtəsində onun yerini müəyyənləşdirməyə imkan verən GPS və Bluetooth modulları ilə təchiz edilib. Bundan başqa, “intellektual” portmanet İnternetə qoşulmanı “paylaya” bilər.

Qeyd edək ki, istehsalçılar bu layihə üçün bir gün ərzində 340 min dollar vəsait toplayıblar. Şirkət artıq dekabrda ilk sifarişləri göndərməyi planlaşdırır. Pul kisəsinin ən münasib qiymətə, kredit kartı ölçüsündə olan komplektinin dəyəri 98 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR