Sifətin tanınması funksiyasına malik çərçivəsiz smartfon təqdim olunub 11.07.2017    04:00 / Maraqlı məlumatlar

“LG” şirkəti “LG G6” flaqman smartfonunun mini-versiyasını təqdim edib. “LG Q6” seriyasına məxsus qurğu 3 variantda əlçatandır: “LG Q6”, “LG Q6+” və “LG Q6a”. Hər üç smatfon 2880x1440 piksel təsvir ölçülü 5,5 düymlük çərçivəsiz displeylə təchiz edilib. Həmçinin bu cihazlar barmaq izi skanerinin əvəzinə, sifətin tanınması funksiyası ilə təchiz ediliblər.

macdigger.ru saytının məlumatına görə, bu qurğular alüminium çərçivəli bükük korpusla təchiz ediliblər. Hər üç aparat “Snapdragon 435” prosessoru, işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik genişbucaqlı ön kamera, 3000 milliamper/saat tutumuna malik batareya ilə təchiz edilib.

Cihazlar bir-birindən yalnız yaddaş tutumuna görə fərqlənir. Məsələn, “LG Q6+” smartfonu 4 QB əməli yaddaş və 64 Gb fləş yaddaşla təchiz edildiyi halda, “LG Q6” və “LG Q6a” müvafiq olaraq 3/32 Gb və 2/16 Gb yaddaşa malikdir.

Modifikasiyadan asılı olaraq qurğular “Astro Black”, “Ice Platinum”, “Marine Blue”, “Mystic White”, “Terra Gold” rənglərində əlçatan olacaq.

Qeyd edək ki, “LG Q6” smartfonu növbəti ay Asiyanın əsas bazarlarında satışa çıxarılacaq. Tədricən Avropa, Latın Amerikası və Şimali Amerika ölkələrində yayılması gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR