“Web of Science” üzrə sertifikasiya proqramı keçirilir 11.07.2017    03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA Rəyasət Heyəti və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı keçirilir. Seminarda AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev sertifikasiya proqramının əhəmiyyətindən danışdı. Alim bu kimi təlimlərin keçirilməsinin ölkəmizdə daha mühüm elmi nailiyyətlərin əldə edilməsinə, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiya prosesinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi. 

R.Əliquliyev dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatının iki gün davam edəcək sertifikasiya proqramında iştirakçıların “Web of Science” platforması haqqında biliklər əldə edəcəyini diqqətə çatdırdı. Qeyd etdi ki, yüksək indeksli jurnallar, kitablar, konfrans materialları və digər nəşrlərin əhatəli toplusuna malik biliklər bazası olan bu platforma təbiət, texniki, ictimai, humanitar elmlər və incəsənət üzrə materialları əhatə edərək axtarış, analiz və biblioqrafik informasiyanın idarə edilməsi sahəsində geniş imkanlar təqdim edir.

Sonra “Thomson Reuters” agentliyinin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov çıxış etdi. Bildirdi ki, azərbaycan və rus dillərində keçiriləcək sertifikasiya proqramında iştirakçılara “Web of Science” platforması və onunla əlaqədar alətlərlə iş üzrə nəzəri biliklər təqdim olunmaqla yanaşı, praktik bacarıqlar da aşılanacaq. 

Daha sonra “Thomson Reuters” agentliyinin elmi informasiya resursları üzrə ekspertləri Aygün Babazadəİrina Tixonkova çıxış edərək “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verdilər.

Tədbirdə, həmçinin iştirakçılara “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair məlumat veriləcək. 

Qeyd edək ki, proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və həmin mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR