Elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən metodlar işlənilir 10.07.2017    02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2017-ci ilin I yarısı üzrə hesabatı müzakirə olundu. AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edərək elektron tibb mühitində qərarların qəbulunu dəstəkləyən model və metodların işlənilməsi üzrə tədqiqatlar aparıldığını, bu istiqamətdə mövcud yanaşmaların, metod və vasitələrin analiz olunduğu, tibb-mütəxəssislərinə tələb və təklifin uyğunlaşdırılması üzrə qərarların qəbulunu dəstəkləyən metodların işlənildiyini bildirdi. O, qeyd etdi ki, əhalinin sağlamlığına təsir edən amillərin qiymətləndirilməsi məqsədlə müvafiq amillər təyin edilmiş, onların sistemləşdirilmiş iyerarxik strukturu müəyyənləşdirilmiş, həmçinin e-tibb mühitində sosial medianın imkanları, risk faktorları və qərarların qəbulu prosesinə təsiri təhlil olunmuşdur.

Alim insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi üzrə aparılan tədqiqatlardan da söz açdı, mövzu üzrə virtual təşkilatlarda insan resurslarının idarə olunması məsələlərinin araşdırıldığını, qərarların qəbulunu dəstəkləyən metodların işlənildiyini bildirdi.

M.Məmmədova elektron universitetlərin formalaşmasına konseptual, texnoloji və arxitektur yanaşmaların təhlil olunduğunu, Azərbaycan təhsil mühitinə uyğun elektron universitet modelinin təklif olunduğunu, elektron universitet üçün onlayn tədris-metodiki komplekslər antologiyasının işlənildiyini bildirdi. Professor ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi istiqamətlərində aparılan tədqiqatlar haqqında ətraflı məlumat verdi, əldə olunan yenilikləri diqqətə çatdırdı.

Məruzəçi bildirdi ki, 6 ay ərzində şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda 8, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda isə 11 elmi məqaləsi nəşr olunmuşdur.

Alim şöbənin elmi-innovativ və praktiki, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, aparılan elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, gənc kadrların işə cəlb edilməsi ilə bağlı görülmüş işlərdən də bəhs etdi.

Məruzəçi hesabat dövründə müxtəlif konfrans və jurnallardan göndərilmiş 14 məqaləyə, habelə bir kitaba ekspertiza fəaliyyətinin həyata keçirildiyini, rəy hazırlandığını bildirdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim e-tibbin müxtəlif problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin vacibliyini qeyd etdi. Bu sahədə mövcud problemlərin intellektual texnologiyalar çərçivəsində həllini dəstəkləyərək, aparılan araşdırmaların ölkəmizdə müvafiq sahənin inkişafı baxımından mühüm nailiyyətlərin əldə olunmasına təkan verəcəyinə əminliyini ifadə etdi.

Sonda hesabatla bağlı ətraflı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR