Paylanmış sistemlər üçün real vaxt rejiminin əməliyyat sistemi 13.06.2017    04:00 / Maraqlı məlumatlar

Rusiyanın “AstroSoft” şirkəti Əşyaların İnterneti qurğuları üçün quraşdırılan proqram təminatının hazırlanmasını təmin edən real vaxt rejiminin əməliyyat sistemi “MAKS”ın (Multiagent Ardıcıl Sistemlər) yaradıldığını elan edib.

Открытые системы” jurnalının məlumatına görə, yeni əməliyyat sistemi, həmçinin qeyri-məhdud sayda qurğuların praktik olaraq etibarlı qarşılıqlı təsirini və məlumatların xarici mühafizə sistemlərinin quraşdırılmasını təmin edir.

Hazırda Mənzil Kommunal Xidmətlərində hesablayıcıların qruplaşmalarının idarə olunması və elektrikötürmə xətlərinin telemetriyasının dəstəklənməsi üçün “MAKS”ın tətbiqi üzrə pilot layihələri həyata keçirilir. Bu əməliyyat sistemi “Ağıllı şəhər” sistemlərində və müxtəlif təyinatlı yerli sistemlərin kibertəhlükəsizliyinin təmin olunması üzrə həllərdə tətbiqini tapa bilər.

Qeyd edək ki, “MAKS”ın hazırlanmasına xarici investisiyalardan istifadə etmədən 2 il sərf olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR