İnstitutda fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir 12.06.2017    04:00 / Mühüm hadisələr

AMEA-nın bütün elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilir. Fəlsəfə fənnindən qəbul və doktorluq imtahanları AMEA prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilir.

İmtahanların qəbulu məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Fərman İsmayılov, Əbülhəsən Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov imtahanın gedişatı ilə yaxından tanış olublar.

İki gün davam edəcək imtahanlarda 100-dən çox doktorant və dissertantın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün imtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

Dünya şöhrətlİ alİm Lütfİ Zadə İlə vİda mərasİmİ keçİrİlİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR