“Weka” proqram təminatı və onun imkanları müzakirə olundu 12.06.2017    10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin “Weka” proqram təminatı və onun imkanları” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Elmar Qarayev maşın təlimi alqoritm və metodlarını özündə əks etdirən “Weka”nın funksiyaları haqqında ətraflı məlumat verdi. O, “Weka”da  Big Data-nın analizindən istifadə olunduğunu qeyd edərək bu proqram vasitəsilə biznes-analitika, verilənlərin vizuallaşdırılması, verilənlər anbarı üzərində analizin aparılmasının mümkün olduğunu bildirdi.  

“Weka”nın biznes-analitika mühitində ən çox istifadə olunan 10 proqramdan biri olduğunu söyləyən E.Qarayev “ARFF” fayl strukturu və onun üstünlükləri barədə də danışdı.

Məruzəçi “Weka” proqram təminatının Java dilində yazılmış proqramlara asanlıqla inteqrasiya olunduğunu bildirdi, bu proqramın verilənlərin intellektual analizi zamanı tətbiq olunduğunu vurğuladı. Həmçinin qeyd etdi ki, Weka-da data-mining-in siniflərə ayırma, klasterləşdirmə, əlaqələndirmə həmçinin verilənlərin ilkin emalı və vizuallaşdırılması məsələlərinə də baxılır.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR