İnformasiya texnologiyalarının korpus linqvistikasında tətbiqi məsələləri müzakirə olundu 09.06.2017    10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.

“İnformasiya texnologiyalarının korpus linqvistikasında tətbiqi” mövzusunda məruzəni təqdim edən institutun əməkdaşı Xanım Kərimova informasiya texnologiyalarının aparat və proqram təminatı, linqvistik verilənlər, linqvistin Avtomatlaşdırılmış İş Yerləri, korpus linqvistikası, milli korpuslar və s. haqqında ətraflı məlumat verdi.

O, linqvistik verilənlərin avtomatik emalı üçün zəruri olan aparat, proqram və linqvistik vasitələrin birlikdə linqvistin Avtomatlaşdırılmış İş Yerlərini təşkil etdiyini diqqətə çatdırdı. 

“Linqvistikanın mühüm məsələlərindən biri  linqvistik tədqiqatlar üçün materialların mənbəyinin toplanması və saxlanılmasıdır”, – deyə bildirən məruzəçi bu məsələlərin həlli üçün elektron şəkildə saxlanılması daha münasib olan ən müxtəlif böyük həcmli mətnlər toplusundan istifadə olunduğunu qeyd etdi.

X. Kərimova linqvistik korpusların kompüter vasitəsilə istifadəsi və ümumi prinsiplərinin işlənib hazırlanması ilə məşğul olan korpus linqvistikası və korpuslardan istifadə qaydaları barədə də danışdı.

Korpusun yaradılmasında mətnlərin seçimi zamanı təmsil olunmuş korpus, materialın strukturlaşdırılması, dolğunluq, səmərəlilik, kompüter dəstəyi və s. kimi tələblərə əməl olunmasının vacibliyini bildirdi.

O, həmçinin müxtəlif dillər üçün universal milli korpuslardan söz açdı, bu  korpusların yaradılması və genişləndirilməsinin korpus linqvistikasının ən vacib məsələlərindən hesab olunduğunu vurğuladı.

Sonda məruzəçi qeyd etdi ki, informasiya texnologiyalarının linqvistikada tətbiqi mətnlərin avtomatik daxil edilməsi, şifahi nitqin analizi və sintezi, mətnin avtomatik emalı, dilin kompüter tədrisi, linqvistikada hipermətn texnologiyalarının tətbiqi, eləcə də sənədlərin avtomatik indeksləşdirilməsinə xidmət edir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

Dünya şöhrətlİ alİm Lütfİ Zadə İlə vİda mərasİmİ keçİrİlİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR