AMEA Fizika İnstitutuna AzScienceNet şəbəkəsinin virtual maşınlarından istifadə hüququ verilib 08.06.2017    03:23 / Mühüm hadisələr

AMEA Fizika İnstitutunun innovasiya sektorunun əməkdaşları epitaksial təbəqələrdə (Zn, Sn, Mn)As2) antiferromaqnit-ferromaqnit faza keçidləri ilə bağlı geniş tədqiqat işi aparırlar. Qeyd edilən tədqiqat istiqaməti spin-sahə tranzistorları və yaxın gələcəkdə yeni nəsil informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının yaradılmasında mühüm perspektivlərə malik spintronika ilə sıx bağlıdır. Epitaksial təbəqələrdə antiferromaqnit-ferromaqnit faza keçidləri ilə əlaqədar tədqiqat işinin əsas hissəsi kompüter modelləşdirilməsi yolu ilə aparıldığından əlavə hesablama resurslarına tələbat yaranmışdır.

Bu səbəbdən AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm-Kompüter Şəbəkəsinin mütəxəssisləri tərəfindən AMEA Fizika İnstitutunun əməkdaşlarına bir il müddətinə 24 nüvəyə və 16 GB əməli yaddaşa malik olan virtual maşınlardan istifadə hüququ verilib. Bu maşınlar Fizika İnstitutunda epitaksial təbəqələrdə antiferromaqnit-ferromaqnit faza keçidləri ilə bağlı aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələlərin qısa vaxt ərzində həll edilməsinə imkan verəcək.

AzScienceNet şəbəkəsi, həmçinin Fizika İnstitutunu Cloud Computing və Cloud Storage xidmətləri ilə təmin edir. 

Qeyd edək ki, bu yaxınlarda Fizika İnstitutunun Grid mərkəzi fiber-optik kabel vasistəsilə AzScienceNet şəbəkəsinə qoşulmuş və mərkəzin əməkdaşlarına şəbəkənin xidmətlərindən istifadə imkanı təqdim olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

Dünya şöhrətlİ alİm Lütfİ Zadə İlə vİda mərasİmİ keçİrİlİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR