AMEA Biofizika İnstitutu AzScienceNet şəbəkəsinə qoşulub 08.06.2017    10:32 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür. AMEA institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunması, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır.

Bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA-nın yeni yaradılmış Biofizika İnstitutunun da AzScienceNet şəbəkəsinə fiber-optik əlaqə vasitəsilə qoşulması təmin olunmuşdur. Qurumda, həmçinin  Wi-Fi və EduRoam xidmətlərinin yaradılması işləri həyata keçirilmiş, institutun əməkdaşlarına AzScienceNet vasitəsilə GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) şəbəkəsinin xidmətlərindən istifadə imkanı təqdim edilmişdir.

Qeyd edək ki, GEANT tərəfindən təqdim edilən Eduroam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin İnternetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

Dünya şöhrətlİ alİm Lütfİ Zadə İlə vİda mərasİmİ keçİrİlİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR