Smartfonlar havanın çirklənmə səviyyəsini ölçəcək 15.05.2017    09:40 / Texnoloji yeniliklər

Maşın təliminə əsaslanan alqoritm havada olan zərərli qarışıqları analiz edəcək.

Havanın çirklənməsi ekologiyanın ən əsas problemidir. Atmosferi çirkləndirən maddələrin təxminən 90 faizi antropogen mənşəyə malikdir. Bu, istehsalat tullantılarının saxlanılmasında yol verilən nöqsanlar, uçan üzvi birləşmələrin sızması və yanacağın yandırılması ilə bağlıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, havada olan zərərli maddələr hər il bütün dünyada təxminən 7 milyon insanın ölümünə səbəb olur. Atmosfer çirklənmələrini onkoloji və ürək-damar xəstəlikləri ilə əlaqələndirirlər.

Havanın çirklənmə səviyyəsini avtomatik monitorinq stansiyaları ölçür. Onların mənfi cəhəti yüksək qiymətə malik olmasıdır. Belə ki, stansiyanın işləməsi üçün böyük vəsait tələb edən yüksək dəqiqlikli alətlər lazımdır.

naked-science.ru saytının məlumatına görə, ABŞ-ın Los-Anceles Kaliforniya Universitetinin alimləri kiçik portativ qurğuların köməyilə çirklənmə səviyyəsini izləməyə imkan verən texnologiya hazırlayıblar. Ölçmələr üçün yalnız linzasız holoqrafik mikroskop və smartfon lazımdır. Mikroskop çirkləndirici hissəciklərin şəkillərini çəkərək 30 saniyə ərzində 6,5 litr havanı emal edir. Təsvir smartfonun köməyilə serverə ötürülür və yeni alqoritm hissəciklərin forma və ölçüsünü analiz edir.

İstehsalçılar bildiriblər ki, “c-Air” adlı qadcetin ölçmələrinin dəqiqliyi müasir monitorinq stansiyalarının dəqiqliyi ilə müqayisə oluna bilər. Qurğuların nisbətən aşağı qiyməti onları, hətta çətinliklə gedilə bilən nöqtələrdə yerləşdirməyə imkan verəcək ki, bu da əhalisi az olan regionlar üçün olduqca aktualdır. Böyük şəhərlərdə bu kimi sistemləri şəbəkəyə birləşdirmək və atmosfer çirklənmələri haqqında böyük məlumatlar əldə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR