Vətəndaş elmində istifadə olunan proqram vasitələrinə dair müzakirələr aparılıb 12.05.2017    11:00 / Konfranslar, iclaslar

İnformasiya texnologiyaları və proqram mühəndisliyinin ən son nailiyyətləri e-elmin inkişafının yeni istiqaməti olan vətəndaş elminin formalaşması və inkişafında mühüm rol oynayır. Bu sahədə mövcud olan açıq kodlu proqram vasitələrindən istifadə etməklə əlavə vaxt və maliyyə itkisi olmadan vətəndaş elminin daha səmərəli inkişafına nail olmaq mümkündür.

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin elmi seminarında çıxışı zamanı institutun əməkdaşı Nərgiz Verdiyeva səsləndirib.

“Vətəndaş elmində istifadə olunan proqram vasitələri” mövzusunda məruzəni təqdim edən N.Verdiyeva vətəndaş elminin müəyyən ixtisas üzrə ilkin hazırlığı olmayan çox sayda həvəskarın elmi-tədqiqatların aparılmasına könüllü cəlb olunması konsepsiyası olduğunu bildirib.

Son illər müasir texnologiyaların inkişaf səviyyəsi ilə əlaqədar olaraq vətəndaş elmi təşəbbüslərinin sayında sürətli artımın müşahidə olunduğunu söyləyən məruzəçi vətəndaş elminin həyata keçirilməsində müasir texniki və proqram vasitələrinin mühüm rol oynadığını diqqətə çatdırıb. O, vətəndaş elmi layihələrinin sayının artan dinamikasını da nümayiş etdirib.

N.Verdiyeva vətəndaş elmini xarakterizə edən amillərdən söz açaraq bu amillərin geniş məkan və zaman ölçüləri, böyük həcmli verilənlərin toplanması, yüksək səviyyədə işlənilmiş tədqiqat mexanizmləri və s. ilə xarakterizə olunduğunu nəzərə çatdırıb.

Məruzəçi vətəndaş elminin inkişafına təsir edən vasitələri də təqdim edib. Bu məqsədlə sosial şəbəkələr, məlumatların toplanması, saxlanması və emalı vasitələri, vizuallaşdırma və analizdə “Google maps”, “Google charts”, “Fieldscope” xidmətləri, o cümlədən verilənlər bazalarının yaradılmasında və verilənlərin idarə olunmasında proqram mühəndisliyinin son nailiyyətlərindən istifadə olunduğunu bildirib.

O, həmçinin fərdlər və cəmiyyətlərə öz biliklərini standartlaşdırılmış formatda təqdim etməyə imkan verən mental modelyer proqram təminatı, verilənlərin idarə edilməsi, elmi mərkəz və peşəkar cəmiyyətlər də daxil olmaqla müxtəlif sahələrdə təcrübəsi olan iştirakçı təşkilatlar arasında təcrübə və əməkdaşlıq əlaqələri qurmaq məqsədilə yaradılmış DataONE şəbəkəsi, citsci.org portalı və onun təqdim etdiyi proqram vasitələri haqqında ətraflı məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR