Superkompüterdə 45 kubitlik kvant hesablama sisteminin modeli hazırlanıb 21.04.2017    11:00 / Maraqlı məlumatlar

Kvant hesablama sistemlərinin iş prinsiplərinin qəlizliyinə görə bu kimi sistemlərin işlədiyi, modelləşdirilən kvant bitlərin (kubitlər) sayının artırılması hesablama gücünün yüksəldilməsini tələb edir. Buna görə də, bu sistemləri yaratmaq çox çətindir.

İsveçrə tədqiqatçıları yaxın zamanda 49 kubitlik kvant kompüterinin riyazi modelinin hesablamalarını aparmağa hazırlaşırlar. Bu, indiyədək olan ən çətin quraşdırılan kvant sistemlərindən biridir.

Tədqiqatın müəllifləri İsveçrə Federal Texnologiya İnstitutundan Tomas Hener və Damian Staygerdir. Bu modelin hesablamalarının aparılması zamanı bütün dünyada gücünə görə 5-ci yerdə duran Cori II superkompüteri istifadə ediləcək. Cori II Berklidə Lourens adına Milli Laboratoriyada yerləşir. Kompüter hər biri 1,4 QHs takt tezlikli 68-nüvəli Intel Xeon Phi 7250 prosessorundan təşkil olunan 9034 hesablama qovşağından ibarətdir. Sistemin yaddaşının həcmi 1 petabayt, məhsuldarlığı isə 29,1 petaflops təşkil edir. Tədqiqatçılar Cori II-nin köməyilə artıq 30, 36, 42 və 45 kubitlik kvant sistemlərin modelini hazırlamağa müvəffəq olublar.

hi-news.ru saytının məlumatına görə, bu iş nəticəsində hazırki kod ilk modellərdə istifadə edilmiş koddan daha sürətli işləyir.

Bu riyazi model ən mürəkkəb proseslərin hesablanması və kvant tərəddüdlərinin amplitudası üçün üzən vergüllü ədədlərdən istifadə edir. Mütəxəssislər əmindirlər ki, istifadə edilən kodda onun sonradan daha da optimallaşdırması üçün 8192 qovşaq gücündən istifadə etməklə 49 kubitlik kompüterin modelinin hesablamalarını həyata keçirməyə yol verən imkanlar mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR