Gələcəyin kompüterləri məlumatları işığın köməyilə emal edəcək 19.04.2017    12:04 / Texnoloji yeniliklər

Bütün dünyada alimlər və böyük korporasiyalar daha güclü, sürətli və enerjiyə qənaətli kompüterlərin istehsalı üzərində fəal olaraq çalışırlar. Kanadanın Viktoriya Universitetindən olan kimyaçı alim Natiya Frank bu istiqamətdə olduqca perspektivli texnologiya təklif edib.

O, məlumatların elektrikin deyil, işığın köməyi ilə saxlanılması və emalı üçün nəzərdə tutulmuş LI-RAM (işıq yaddaşı) adlı yeni materialı patentləşdirib. Nəticə olaraq, bu kimi materialdan istehsal edilmiş kompüter və ya mobil prosessorlar minimal enerji sərf edə və daha az istilik  ayıraraq uzun müddət xidmət edə bilərlər.

4pda.ru saytının məlumatına əsasən, hazırda informasiyanın emalı texnologiyalarına dünya enerji resurslarının təxminən 10%-i sərf olunur. LI-RAM məlumatların daha sürətli ötürülməsini təmin edərək bütün müasir standartlarla müqayisədə enerji istehlakını 10% azaltmağa imkan verəcək. 

Natiya Frank qeyd edib ki, qurğu yaşıl işıq altında sürətlə dəyişən maqnit xüsusiyyətlərinin qeyri-adi keyfiyyətinə malikdir: informasiya emal edilə və bir molekulyar səviyyədə saxlanıla bilər. Bu da  indiyə kimi hipotetik texnologiya hesab edilən universal yaddaşı inkişaf etdirməyə imkan verəcək.

Yeni material mobil qurğular, kompüterlər və digər uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş elektron qurğularda məlumatların saxlanılmasında istifadə olunmaqla yanaşı, tibbi sfera, günəş elementləri və bir sıra nanotexnologiyalarda da tətbiqini tapa bilər.

LI-RAM-ın 10 ildən sonra kommersiya qurğularında istifadə olunacağı ehtimal olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR