Sürücünün vəziyyətini müşahidə edən sistem təqdim olunub 14.04.2017    12:24 / Texnoloji yeniliklər

Almaniyanın “Mercedes-Benz” şirkəti sürücünün vəziyyətini müşahidə edən yeni sistemini təqdim edib. Belə ki, “Vitality Coach” məlumatları kompüterə ötürərək sürücünün yorğunluğunu müəyyən edir.

dni24.com saytının məlumatına görə, texnologiyanın hazırlanmasında ekspertlər, o cümlədən fizioterapevt, psixoloq və terapevtlər iştirak edib. Sistem tezliklə “Mercedes-Benz” avtomobillərinin yeni modifikasiyalarında tətbiq ediləcək.

Şirkət nümayəndələri qeyd edirlər ki, sürücünün sağlam və gümrah olması təhlükəsizliyin zəmanətidir, “Vitality Coach” sistemi də məhz bu məqsədlə hazırlanıb. Yeni texnologiyada yüksək ayırdetmə dəqiqliyinə malik bir neçə kameradan istifadə edilib. Onlar bəzi əlamətlərə görə sürücünün yorğunluğunu müəyyən edir və sürücü kreslosunun vəziyyətinin dəyişdirilməsi, havanın ionlaşdırılması və s. kimi əməliyyatları yerinə yetirməyi təklif edirlər.

Mütəxəssislər sistemin təkmilləşdirilməsi üzərində çalışırlar. Belə ki, sistemin sürücünü avtomobildən kənarda da izləyə bilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR