“Elektron test sistemi”nin istismarı üzrə növbəti təlimlərə start verildi 13.04.2017    03:00 / Mühüm hadisələr

Məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “İxtisas fənnləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən ixtisas fənnləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir. Bu prosesdə AMEA-nın elmi müəssisələrinə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır.

AMEA-nın 25 institutunda elektron test sistemi uğurla tətbiq olunur. AMEA rəhbərliyinin təşəbbüsü ilə imtahanların təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşları üçün “Elektron test sistemi”nin istismarı üzrə təlimlər təşkil olunur.

Aprelin 12-də İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) növbəti təlimlərə start verildi.

Təlimdə iştirak edənlərin qarşısında çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bildirdi ki, hazırda təhsil prosesində test texnologiyalarından geniş istifadə olunur, bu sistem imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı institutun mütəxəssisləri tərəfindən hazırlanmışdır. 25 elmi müəssisənin müraciəti əsasında onların maddi-texniki bazasına ilkin baxış keçirilmiş və imtahanların test üsulu ilə keçirilməsi üçün zəruri texniki avadanlıqların təminatı ilə bağlı məsləhətlər verilmişdir.

Qeyd edək ki, institut tərəfindən elektron test sistemindən istifadə qaydaları haqqında təlimat hazırlanmışdır. Təlimatda informasiyanın sistemə daxil edilməsi, redaktə əməliyyatları, eləcə də nəticələrin əldə olunması barədə zəruri məlumatlar öz əksini tapmışdır.

Aprelin 26-dək davam edəcək təlimlərin sonunda iştirakçıların bilikləri imtahan əsasında qiymətləndiriləcək, müvəffəqiyyət qazanmış şəxslərə sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR