İnstitutun beynəlxalq elmi bazalarda fəallığı artırılmalıdır 12.04.2017    09:38 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun elmmetrik göstəricilərinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrdən, görüləcək işlərdən söz açdı.

R.Əliquliyev son zamanlar AMEA-da, eləcə də AR Təhsil Nazirliyində elmmetriya ilə bağlı müxtəlif səpkili tədbirlərin keçirildiyini, müzakirələrin aparıldığını və müvafiq qərarların qəbul edildiyini dedi. Bildirdi ki, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası, alimlərimizin elmi fəaliyyətinin dünyada tanıdılması prosesinin əsasında elmmetrik yanaşmalar dayanır. AMEA-da aparılan islahatların əsas istiqamətlərindən biri də elmi fəaliyyətlə məşğul olan tədqiqatçıların elmmetrik təfəkkürlərinin inkişaf etdirilməsidir.

AMEA-da elmi tədqiqatçıların “Thomson Reuters” beynəlxalq elmi bazasından istifadəsi ilə bağlı zəruri tədbirlərin görüldüyünü diqqətə çatıran alim akademiya ilə bu təşkilat arasında imzalanmış əməkdaşlıq müqaviləsindən danışdı. Qeyd etdi ki, müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssislər bu platformanın bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə ediblər. 

“İnstitutun beynəlxalq elmi bazalarda fəallığı artırılmalıdır”– deyən R.Əliquliyev qurumun fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulmasının zəruriliyini önə çəkdi: “Son zamanlar Azərbaycan elmi qarşısında yeni imkanlar açılmışdır. Hər bir tədqiqatçı bu imkanlardan səmərəli istifadə etməli, elmi biliklərin daşıyıcılarına çevrilməlidir”. Alim bu məqsədlə institut əməkdaşlarına elmi sosial şəbəkələrdə fəal olmağı, nüfuzlu elmi bazalardan istifadə etməyi, “Web of Science”, “Google Scholar” kimi bazalarda qeydiyyatdan keçməyi tövsiyyə etdi.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR