Smartfonu hava analizatoruna çevirən qurğu hazırlanıb 11.04.2017    12:00 / Texnoloji yeniliklər

ABŞ-ın Silikon Vadisinin alimləri öz sağlamlığının qayğısına qalanlar üçün smartfonu hava analizatoruna çevirən kiçik ölçülü qurğu hazırlayıblar. “iPhone” istifadəçiləri üçün əlçatan olan “Sprimo”nun Android üçün versiyası tezliklə istifadəyə veriləcək.

techcult.ru saytının məlumatına görə, qurğu “iOS” əməliyyat sistemi ilə əlaqə qurulduqda avtomatik işləyir və havanı analiz etməyə başlayır. Qadcet uçan orqanik birləşmələri axtarır və atmosferdə onların konsentrasiyasını təhlil edir.

“Sprimo”dan istifadə etmək üçün üzvi kimyaya bələd olmaq və ya maddələrin mürəkkəb adlarını yadda saxlamaq lazım deyil. Belə ki, “iPhone”un ekranında əks olunan indikatorun rəngi və müxtəlif rəqəmlər vasitəsilə nəticə aydın olur. Yaşıl rəng və kiçik rəqəmlər havanın normal olduğunu bildirir. Sarı rəng müəyyən narahatlığa əsas verir. Qırmızı rəng və böyük rəqəmlər isə dərhal tədbir görməyə ehtiyac olduğunu göstərir. Bu zaman istifadəçi vəziyyətə uyğun olaraq otağın havasını dəyişdirmək üçün pəncərələri aça və ya təcili yardım xidmətinə zəng edə bilər.

Qurğu vasitəsilə havanın təmizliyini, həmçinin temperaturu və rütubəti hər yerdə ölçmək mümkündür. İstehsalçılar şəhər və rayonlarda havanın çirklənməsinin xəritəsini tərtib etmək məqsədilə istifadəçiləri informasiyanı Sprimo cəmiyyətində paylaşmağa çağırırlar. “Sprimo” “Kickstarter” platformasında vəsait toplanması mərhələsində 20 ABŞ dollarına başa gələcək, sonra isə qiymət 2 dəfə artacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR