Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək 15.03.2017    03:00 / Mühüm hadisələr

16-19 may 2017-ci il tarixlərdə Rusiyanın Kursk şəhərində obrazların tanınması, təsvirlərin və simvol xarakterli informasiyanın işlənməsi sistemlərində optoelektron avadanlıq və qurğulara həsr olunmuş “Распознавание – 2017” XIII beynəlxalq elmi-texniki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, informasiyanın işlənilməsinin alqoritmik, proqram və texniki vasitələri, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və ona nəzarət, telekommunikasiya şəbəkələri və video informasiya xidmətləri sistemi, təhsildə yeni informasiya texnologiyaları və s. daxildir.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun da həmtəşkilatçısı olduğu beynəlxalq konfransda AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev proqram komitəsinin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

Dünya şöhrətlİ alİm Lütfİ Zadə İlə vİda mərasİmİ keçİrİlİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR