Smartfonlar üçün fotoportretləri tanıyan proqram hazırlanıb 15.03.2017    03:38 / Texnoloji yeniliklər

Tədqiqatçılar iOS əməliyyat sistemi üçün Smartify adlı proqram hazırlayıblar. Yeni proqram naməlum fotoportretləri tanıyır, onların müəllifi və çəkilmə tarixi haqqında məlumat verir. Bu barədə “New Scientist” jurnalı yazıb.

strana.ua saytının məlumatına görə, sənətşünaslar üçün nəzərdə tutulmuş Smartify təsvirin tanınması alqoritmləri əsasında işləyir və smartfonun kamerasını ona yönəltdikdə şəkli tanıyır.  Proqram şəklin adı, müəllifi, yaradılma tarixi haqqında məlumatlar verir. Smartify kağız vərəqində çap olunmuş fotonu da tanıyır.

Proqram Hollandiya, İngiltərə və ABŞ kimi ölkələrin dünyaca məşhur muzeylərində yer alan incəsənət əsərlərinin tanınmasında sınaqdan keçirilib. Cari ilin may ayında satışa çıxarılacaq proqram təminatı artıq App Store-da yerləşdirilib və yükləmək üçün əlçatandır. Smartify-in Android versiyasının isə bir qədər sonra satışa çıxarılacağı gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR