Elektron təhsildə beynəlxalq standartlar araşdırılır 10.03.2017    04:00 / Konfranslar, iclaslar

Tədrisin idarə edilməsi, elektron dərsliklərin hazırlanması və test sistemi e-tədris sahəsində əsas anlayışlardır.  

Bu barədə məlumatı institutun 10 saylı şöbəsinin əməkdaşı Təranə Məcidova növbəti şöbə seminarında çıxışı zamanı məlumat verib. “Elektron təhsildə beynəlxalq standartların araşdırılması” adlı məruzə ilə çıxış edən T.Məcidova e-təhsilin üstünlüklərindən söz açıb. Bildirib ki, e-təhsil vasitəsilə tələbələr lazımi bilikləri onlar üçün münasib vaxtda, əsas fəaliyyətdən ayrılmadan əldə etmək imkanına malikdirlər. Bu üsul müəllimlərə tədris müəssisələrinə getmədən tapşırıqlar verməyə və bilikləri qiymətləndirməyə imkan yaradır.

E-təhsil  standartlarının yaradılmasının həyat dövrü haqqında məlumat verən məruzəçi onun tədqiqetmə və nəşr, tətbiqlərdə reallaşdırma və təcrübənin aparılması, təkmilləşdirmə və s. mərhələlərdən ibarət olduğunu bildirib.  Həmçinin e-tədris üçün nəzərdə tutulmuş AICC, IMS Global Learning Consortium, SCORM (Sharable Content Object Reference Model) standartlar və spesifikasiyalar haqqında məlumat verib.

“Tədrisin İdarəetmə Sistemi (Learning Management System - LMS)  elektron tədrisin proqram təminatını təşkil edir”, – deyə bildirən T.Məcidova vurğulayıb ki, proqram təminatı tələbələrin qeydiyyatı və səlahiyyətləri, tədris obyektləri və tədris prosesinin idarə olunması kimi funksiyaları yerinə yetirir.

Məruzəçi elektron təhsil standartlarına qoyulan tələblər haqqında da məlumat verib. Bildirib ki, buraya qarşılıqlı əlaqələr, dəfələrlə istifadə imkanı, davamlılıq, adaptivlik, əlyetərlik və s. aiddir.

T.Məcidova, həmçinin elektron tədris mühitinin və SCORM standartının konseptual modeli, SCORM-un texniki kitabları - spesifikasiya və standartlar toplusu haqqında məlumatları diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

 

 

 

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR