Proqram mühəndisliyinin aktual problemlərinə həsr olunmuş konfrans keçiriləcək 10.03.2017    09:00 / Mühüm hadisələr

17 may 2017-ci il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək. Bu məqsədlə institutun Elmi şurasının iclasında konfransın proqramının formalaşdırılması məsələsi müzakirə olundu.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək konfransın keçirilməsi zərurəti haqqında məlumat verdi. Bildirdi ki, ölkə rəhbərliyinin müvafiq qərar və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, biliklər cəmiyyətinin qurulmasına elmi dəstək verilməsi məqsədilə AMEA Rəyasət Heyəti proqram mühəndisliyinin çoxaspektli problemlərinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsinə dair qərar qəbul edib.

Proqram mühəndisliyinin elmi-nəzəri və  tətbiqi problemləri, o cümlədən onun tədrisi istiqamətləri üzrə keçiriləcək konfransda proqram təminatının keyfiyyətinin idarə olunması, təhlükəsizliyi və etibarlılığı, proqram mühəndisliyinin iqtisadi aspektləri, hüquqi və etik problemləri, veb-proqramlaşdırma texnologiyaları, proqram mühəndisliyində bulud və qrid texnologiyaları, Big Data problemləri, proqram təminatına qoyulan tələblər, layihələndirmə və resursların idarə edilməsi və digər mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR