Dünyanın ən kiçik kompüteri təqdim olunub 16.02.2017    09:00 / Texnoloji yeniliklər

Məlumdur ki, 2015-ci ildə Miçiqanın (ABŞ) “Micro Mote” şirkəti bir neçə millimetr ölçüyə malik kompüter sistemini təqdim etmişdi. Şirkətin 2017-ci ildə hazırladığı sistem isə artıq bir kub millimetr həcmə malikdir. Bundan başqa, “Micro Mote” bir-birindən daxili yaddaşın həcmi və funksional imkanları ilə fərqlənən ən kiçik ölçülərə malik kompüterlər istehsal edir. Bu kimi miniatür hesablayıcı texnikanın tətbiq sahələri Əşyaların İnterneti və tibbi təyinatlı “ağıllı” qurğulardır.

dailytechinfo.org saytının məlumatına görə, avtomobilin yanından keçən şəxslərin səsinin tanınması, temperaturun və ya işıqlandırmanın səviyyəsinin ölçülməsi kimi məsələlərin həlli üçün “Micro Mote” prosessorlarına bir neçə nanovatt enerji tələb olunur. Yeni yığcam radioötürücü məlumatların 20 metrə qədər məsafəyə ötürülməsini təmin edir. Bu da ötən il təqdim edilmiş, məlumatları yalnız 50 santimetr məsafəyə etibarlı ötürə bilən qurğuların əvvəlki nəslinin imkanları ilə müqayisədə yüksək göstəricidir. 

Mikrokompüterin yuxarı hissəsində kompüterin akkumulyatorunu hətta az intensiv işığın hesabına yükləmək imkanına malik günəş batareyası yerləşdirilib.  Kompüterin normal işi üçün adi otaqda olan işıqlandırma səviyyəsi kifayət edir.

Qeyd edək ki, “Micro Mote” mikrokompüterlərinin əsasını ilk variantı hələ 2008-ci ildə hazırlanmış “Phoenix” unikal prosessoru təşkil edir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR