İnstitutun Gənclər üçün Prezident Mükafatı laureatı AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub 16.02.2017    10:00 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, Gənclər üçün Prezident Mükafatı laureatı, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat “Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Fərmanı gənc alimə AMEA prezidenti, akademik Akif Əlizadə Fevralın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclasında  təqdim edib.  Tədbirdə, həmçinin daha 8 gənc alim akademiyanın Fəxri Fərmanları ilə təltif olunublar.

Qeyd edək ki, L.Suxostat AR Prezidenti İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Bu mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR