İnstitutun əməkdaşı nüfuzlu jurnalın redaksiya heyəti və texniki komitəsinin üzvü seçilib 15.02.2017    03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “International Journal of Advanced Engineering and Management” jurnalının redaksiya heyəti və texniki komitəsinin üzvü seçilib.

Jurnal mühəndislik, elm, texnologiya və s. istiqamətlərdə müvafiq araşdırma nəticələrinin nəşri üçün fənlərarası beynəlxalq platformadır. Burada elektrik, elektronika və kompüter mühəndisliyi, informasiya mühəndisliyi və texnologiya, mexaniki, sənaye və istehsalat mühəndisliyi, sənaye avtomatlaşdırılması, kimya mühəndisliyi, biotexnologiya və biomühəndislik və s. sahələrdə araşdırmalar öz əksini tapır.

Qeyd edək ki, jurnal “Sciarchives”, “International Innovative Journal Impact Factor”, “Directory of Research Journals Indexing”, “Researcher ID (Thomson Reuters)”, Mendeley (Elsevier), “Impact Factor Services for International Journals”, “Google Scholar” və digər beynəlxalq elmi bazalarda indeksləşir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR