İntellektual texnologiyaların tətbiqi ilə e-tibb mühitində qərarların qəbul olunmasının dəstəklənməsi imkanları araşdırılır 10.02.2017    10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibbin formalaşması problemlərinin araşdırılması istiqamətində tədqiqatlar davam etdiriləcək, intellektual texnologiyalar çərçivəsində tibbi qərarların qəbulunu dəstəkləyən model və metodlar işləniləcək.

Bu barədə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi. Qeyd etdi ki, əhalinin sağlamlığına təsir edən amillərin qiymətləndirilməsi və ölkənin tibbi təhlükəsizliyinin proqnozu üzrə qərarların qəbulunun dəstəklənməsi metodunun işlənilməsi, e-tibb mühitində sosial medianın imkanları, risk faktorları və qərarların qəbulu prosesinə təsirinin təhlili, e-tibb mühitində insan resursları ilə bağlı paylanmış biliklərə əsaslanmaqla qərarların qəbulu metodunun işlənilməsi cari ildə yerinə yetiriləcək işlər sırasındadır. O, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlərin, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını dəstəkləyən model, metod və alqoritmlərin işlənilməsi istiqamətlərində də tədqiqatlara başlanıldığını söylədi, bu istiqamətlər üzrə planda nəzərdə tutulan məsələləri diqqətə çatdırdı.

Şöbə müdiri biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən danışaraq elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi istiqamətində aparılan araşdırmaların davam etdiriləcəyini bildirdi, cari ildə e-universitetin idarə olunması modelləri, öyrənənin biliklərinin qiymətləndirilməsi metodlarının işlənilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

Məruzəçinin sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda elmi məqalələrin nəşri qarşıya qoyulan əsas hədəflərdəndir.

Professor M.Məmmədova aparılan elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı, şöbədaxili seminarların keçirilməsi, gənc kadrların işə cəlb edilməsi ilə bağlı görüləcək işlərdən bəhs etdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. E-tibbin dünyanın ən perspektivli sahələrindən biri olduğunu vurğulayan akademik qeyd etdi ki, informasiya cəmiyyətinin aparıcı ölkələrinin mühüm nailiyyətləri məhz bu sahə ilə bağlıdır. Alim e-tibbin müxtəlif problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsini, bu sahədə mövcud problemlərin intellektual texnologiyalar çərçivəsində həllini dəstəkləyərək, bu kimi dərin və müfəssəl araşdırmaların ölkəmizdə müvafiq sahənin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına təkan verəcəyini söylədi.

Sonda məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

3 mart 1915-cİ İldə NASA-nın əsası qoyulmuşdur
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR