"Facebook" iOS əməliyyat sistemi üçün messencerini yeniləyib. "Facebook Messenger" versiyasında həmsöhbətləri müxtəlif münasibətlər (məsələn "həmkar", "dost", "qohum" və s.) üzrə qruplaşdırmaq mümkündür. Bundan başqa, tətbiqin yeni versiyasında istifadəçilər mesaj və ya fotoşəkli hamı və ya seçilmiş iştirakçılara göndərə bilər.
Ehtimal olunur ki, gələcəkdə "WhatsApp" messenceri "Facebook Messenger"i tamamilə əvəz edəcək.
ictnews.az