İnformasiya Texnologiyaları İnstitutunda “Enago” şirkətinin rəhbərliyi ilə görüş keçirildi 04.11.2016    03:50 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Enago” şirkətinin qurucusu və icraçı direktoru Şarad Mittal və vitse-prezidenti Raciv Şirke ilə görüş keçirildi.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, görüşün məqsədi “Enago” şirkəti ilə tanışlıq və qurumun təklif etdiyi xidmətlərdən istifadə ilə bağlı müzakirələrin aparılmasıdır.

Sonra şirkətin vitse-prezidenti Raciv Şirke qurumun fəaliyyəti haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, 2005-ci ildə əsası qoyulan şirkətin əsas məqsədi elm və təhsil müəssisələrinin əməkdaşlarına elmi əsərlərin nəşri ilə bağlı köməklik göstərmək, həmçinin xarici dildə olan nəşrlərlə bağlı dil baryerini aradan qaldırmaqdır. Hazırda bütün elm sahələri, o cümlədən kompüter elmləri və informasiya texnologiyaları üzrə 850-dən çox ekspertin çalışdığı şirkətin baş qərargahı Hindistanda yerləşir və 12 ölkədə ofisi fəaliyyət göstərir.

R.Şirke şirkətin göstərdiyi xidmətlər və onların üstünlüklərindən danışdı. Qeyd etdi ki, “Enago” elmi məqalələrin elmi jurnallarda dərc edilməsinə köməklik göstərmək üçün 2 xidmət təklif edir: “Premium” xidmətindən istifadə zamanı məqalə müəlliflərinin əlyazmaları təqdim olunduğu dildə ekspertlər tərəfindən yoxlanılır və düzəlişlər edilir. Bu zaman məqalənin strukturu, mövzuya uyğunluğu və məntiqi ardıcıllığı kimi tələblərə riayət olunmasına diqqət yetirilir. Xidmətin əsas özəlliyi elmi məqalənin əlyazmadan çap mərhələsinədək bütün proseslərdə müəllifə dəstək göstərilməsidir. “Standard” xidmətindən istifadə etdikdə məqalənin nəşriyyatın bütün tələblərinə cavab verməsi yoxanılsa da, elmi resenziya ilə bağlı dəstək verilmir.

Onun sözlərinə görə, tanınmış qlobal şirkət kimi müntəzəm olaraq konfranslar keçirən “Enago” son 2 il ərzində 10 mindən çox elmi işçi üçün seminar və təlimlər təşkil etmişdir.

Məruzəçi qurumun “Enago academy” adlı biliklər platformasının elmi nəşrlərlə bağlı təcrübə və biliklərin dünya ictiamiyyətinə çatdırılmasına xidmət etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, biliklər platformasına üzvlük tamamilə ödənişsizdir və hər kəs üçün əlçatandır.

Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, elmi katib Mədinə Səidova, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Məkrufə Hacırəhimova, Şəfəqət Mahmudova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri sual və təkliflərini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR