Bu gün “bayt” bütün insanların, xüsusilə İnternet istifadəçilərinin ən çox istifadə etdiyi terminlərdən biridir. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahidi olan bayt 8 bitə bərabər hesab olunur. Klaviaturadan daxil edilən hər hansı bir simvol kompüterin yaddaşında 1 bayt yer tutur.
Bu termini ilk dəfə 1956-cı ildə amerikalı alim Verner Buxols IBM 7030 Stretch superkompüterinin planlaşdırılması zamanı işlətmişdir. Tranzistor superkompüterlərinin yaradılmasında da iştirak edən alim 1990-cı ildə “IEEE Computer Pioneer Award” (1981-ci ildə təsis edilmiş) mükafatına layiq görülmüşdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.