“AICT 2016” beynəlxalq konfransı İnformasiya Texnologiyaları İnstitutunda seksiya iclasları ilə davam edib 14.10.2016    11:00 / Konfranslar, iclaslar

“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) mövzusunda X beynəlxalq konfrans İnformasiya Texnologiyaları İnstitutunda öz işini davam etdirib.

Tədbir Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti (AzTU), Malayziya Sabah Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu və AMEA İdarəetmə Sistemləri İnstitutu, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil olunub.

Plenar iclası giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbir iştirakçılarını AMEA prezidenti adından salamlayıb. Akademik rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək institutun Elmi Araşdırmalar Mərkəzində informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemləri üzrə elmi tədqiqatların aparıldığını bildirib. R.Əliquliyev institutun AzScienceNet elm kompüter şəbəkəsinin Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib. Alim, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzində elmi müəssisə və təşkilatların əməkdaşlarına və sıravi vətəndaşlara İKT üzrə zəruri biliklərin tədris edildiyini nəzərə çatdırıb.

R.Əliquliyev institutda Rusiya, Ukrayna və digər ölkələrlə elmi əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində görülən işləri də diqqətə çatdırıb. İKT sahəsində mövcud elmi problemlərin həlli üçün bütün alim və mütəxəssisləri birgə əməkdaşlığa səsləyib.

Sonra Pakistanın Mehran Universitetinin professoru Bhavani Çovdhri onlayn təhsil, rusiyalı ekspert Viktor Daşonok bulud texnologiyaları və xidmətləri ilə bağlı təqdimatlarla çıxış ediblər.

Konfrans seksiya iclasları ilə davam edib.

Tədbirdə “Data Mining və Data Engineering”, “İKT-nin tətbiqində ən son tendensiyalar”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT” kimi aktual mövzuları əhatə edən məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR