Yaponiyanın “Sumitomo Mitsui Financial Group” adlı maliyyə qrupu alış-veriş ödənişi üçün insan sifətinin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır.
psm7.com saytının məlumatına görə, müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına əlavə olunacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-veriş ödənişlərini etmək mümkün olacaq.
Bununla yanaşı, Yaponiyada alış-veriş ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasının tətbiq edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-veriş ödənişi etmək imkanı təqdim edəcək.