İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 27.10.2015    12:06 / Mühüm hadisələr

1. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri. 

Komissiyanın üzvləri:

Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Elmir Vəlizadə – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Anar İmanov – Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan–Vyetnam Hökumətlərarası

Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2015-ci il.

23 yanvar – "Trİest" batİskafı dünyanın ən dərİn nöqtəsİnə enİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR