Axtarış



 
Baş səhifə arrow Struktur arrow Rəna Qasımova Daha böyük Daha kiçk Normal ölçü
Rəna Qasımova Çap et
Image Rəna Tofiq qızı Qasımova 1961-ci ildə anadan olmuşdur.

1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir.

1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur.

Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiya sisteminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır. Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının formalaşdırılması məsələlərinin araşdırılması ilə məşğuldur.

35-dən çox məqalənin müəllifidir. Onlardan 21–i elmi mətbuatda dərc edilmişdir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedoqoji fəaliyyət göstərir.

Hazırda institutda sektor müdiri vəzifəsində çalışır.

Xidməti tel.:

(994 12) 4398548

Ev tel.:

(994 12) 4333220

Mobil:

(994 51) 8496141

Elektron poçtu:


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 19..24° C
Gəncə : 19..26° C
Naxçıvan : 17..29° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az