Axtarış



 
Baş səhifə arrow Struktur arrow Əlövsət Əliyev Daha böyük Daha kiçk Normal ölçü
Əlövsət Əliyev Çap et
Image
Əlövsət Qaraca oğlu Əliyev 1956-cı ildə anadan olmuşdur.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda işə qəbul olunmuşdur. 1982-1987-ci illərdə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində proqramçı, mühəndis, aparıcı mühəndis, 1988-ci ildən qrup rəhbəri, 1989-cu ildən sektor müdiri, 1990-cı ildən laboratoriya müdiri vzifələrində işləmişdir.

1982-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun aspiranturasına daxil olmuş və 1986-ci ildə dissertasiya müdafiə etmişdir. O, 08.00.13 – “İqtisadi tədqiqatlarda, planlaşdırma və idarəetmə proseslərində riyazi üsulların və HT-nın tətbiqi” ixtisası üzrə iqtisad elmləri namizədi və 05.13.06 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosentdir.

1977-1990-cı illər ərzində “RAİS-Azərbaycan” sisteminin layihələndirilməsi və yaradılması ilə bağlı, eləcə də həmin sistemin müvafiq sahə alt sistemlərinin işlənilməsi sahəsində bir sıra mühüm işlərin məsul icraçısı və rəhbəri olmuşdur.

1991-2000-ci illərdə müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, informasiya-kommunikasiya sahəsinin iqtisadi-riyazi problemləri, makroiqtisadi proseslərdə, o cümlədən maliyyə-büdcə resurslarının formalaşmasında və paylanmasında, həmçinin bir sıra sosial və təhsil sahələrində yeni informasiya texnologiyalarının tətbiqinin səmərəliliyinin yüksəldilməsi məsələləri, informasiya-kommmunikasiya bazarının vəziyyətinin təhlili və onun inkişaf perspektivinin müəyyənləşdirilməsi və s. kimi məsələlərlə məşğul olmuş və elmi-tədqiqat işi aparmışdır.

Son illərdəki müddət ərzində iqtisadi proseslərdə və idarəetmə orqanlarında İKT-nin tətbiqi xüsusiyyətləri, sosial-iqtisadi sistemlərdə informasiyalaşma problemləri, informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları, İKT sahəsinin göstəricilər sisteminin müəyyənləşdirilməsi, cəmiyyətdə rəqəmsal fərqliliyi yaradan səbəblərin araşdırılması, rəqəmsal və biliklər iqtisadiyyatının əsaslarının öyrənilməsi, humanitar sahələrin informasiyalaşma problemləri, İKT-in humanitar aspektləri və s. kimi məsələlərlə məşğul olur, elmi-tədqiqat işləri aparır. “E-Azərbaycan” Dövlət Proqramının işlənilməsində, İC və İKT üzrə göstəricilər sisteminin işlənməsində və bir sıra normativ-hüquqi sənədlərin hazırlanmasında fəal iştirak etmişdir.

1986-1994-cü illərdə ADNA-da baş müəllim və dosent, 1993-1996-cı illərdə AİSU-da dosent, 1996-2006-cı illərdə "Ekonomiks" təhsil mərkəzində rəhbər və dosent, 2003-2008-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində humanitar bölmənin kuratoru kimi fəaliyyət göstərmişdir. Bunlarla yanaşı o, informasiya cəmiyyətinin, informasiya və biliklər iqtisadiyyatının formalaşmasının iqtsadi problemlərinin tədqiqi ilə, eləcə də elektron-kommersiya texnologiyasının tətbiqi vəziyyətinin təhlili və onun inkişafı üçün müvafiq infrastrukturun formalaşması üzrə model və mexanizmlərin işlənilməsi, Azərbaycanda texnoparkların yaradılmasının və fəaliyyətinin təşkili modelləri və mexanizmlərinin işlənilməsi ilə, "Sosial-iqtisadi sahələrdə informasiya kommunikasiya-texnologiyalarının tətbiqi" ixtisasları üzrə tədrisin həyata keçirilməsi məsələləri ilə məşğuldur.

2008-2009-cu illərdə AMEF-in, İİN-in bir sıra layihələrində iştirak etmişdir. ARDNŞ-də İKT-nin tətbiqinə elmi dəstək məqsədilə müvafiq işləri yerinə yetirir. Onun rəhbərliyi ilə bir neçə aspirant və dissertant müvafiq sahədə aktual dissertasiya mövzuları üzərində işləyirlər.

Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin sədri və onun nəzdindəki təhsil mərkəzinin rəhbəri kimi QHT-nin formalaşmasına köməklik göstərir və bir sıra ictimai layihələrin yerinə yetirilməsinə rəhbərlik edir.

Elmi əsərlərinin ümumi sayı 76, o cümlədən xaricdə çıxmış elmi əsərlərin sayı 17-dir. 5 kitabın müəllifidir.

Əlövsət Qaracaoğlu imzası ilə müntəzəm olaraq elmi-kütləvi jurnallarda və qəzetlərdə İKT və İC-nin aktual problemlərinə həsr olunmuş məqalələrlə çıxış edir.

2002-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır.

 

Xidməti tel.:

(994 12) 4397226

Ev tel.:

(994 12) 4760000

Mobil tel.:

(994 50) 3221006

Elektron poçtu:

,


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 19..24° C
Gəncə : 19..26° C
Naxçıvan : 17..29° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az