Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə anadan olmuşdur.
1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası üzrə bitirmişdir
1979-1986-cı illərdə Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis və komsomol katibi vəzifələrində çalışmışdır
1986-cı ildən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri
şöbəsinə köçürülmüş: aspiranturada oxumuş, böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktorun I müavini vəzifələrində işləmiş, 2002-ci ildən isə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur
1995-ci ildə 05.13.14 - “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə “Adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxmikroprosessorlu paketləri kommutasiya mərkəzinin layihələndirilməsi metodlarının işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi adını almışdır
2003-cü ildə 05.13.14 - “İnformasiya emalı, idarəetmə və xüsusi təyinatlı sistemlər” ixtisası üzrə “Kompyuter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması modelləri və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru adını almışdır
26 aprel 2007-ci il tarixdə "İnformatika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir
1998-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, 2005-ci ildə isə həqiqi üzvü seçilmişdir
“Rəqəm imzası texnologiyası” kitabına görə “ITMagazine” jurnalı və Layihələrin İdarə
Edilməsi Assosiasiyası tərəfindən təsis olunmuş “İntellekt-2005” mükafatına layiq görülmüşdür
2003-cü ildə Amerika Bioqrafik İnstitutu tərəfindən “American Medal of Honor”, 2006-cı ildə isə “The World Medal of Freedom” medallarına layiq görülmüşdür
2005-ci ildə Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (WIPO
- World Intellectual PropertyOrganization) tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışdır
2009-cu ildə Azərbaycan Jurnalist Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Fəxri diplomuna layiq görülmüşdür
2009-cu ildə professor elmi rütbəsinə
layiq görülmüşdür
2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur
Verilənlərin ötürülməsi şəbəkələrində adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxmikroprosessorlu paketlərin kommutasiya sistemlərinin sintezi metodları və alqoritmləri işlənilmişdir
Müxtəlif təyinatlı korporativ informasiya fəzalarının təbiəti və formalaşma xüsusiyyətlərinin araşdırılması, şəbəkə mühitində reallaşdırılması, kontent analizi, ekranlaşdırılması, təhlükəsizliyinin təmin olunması, spamlarla mübarizə aparılması məqsədi ilə bir sıra konseptual yanaşmalar və metodlar təklif olunmuşdur
Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin təmin olunmasını həyata keçirən paylanmış infrastrukturlu funksional modullardan ibarət adaptiv sistemlərin sintezi üçün elmi-metodoloji əsaslar, arxitektur prinsiplər, model və alqoritmlər işlənilmişdir
Kompyuter sistemləri və şəbəkələrinə olan müxtəlif təbiətli təhlükələrlə mübarizə metodları və alqoritmləri işlənilmişdir
Açıq kompyuter şəbəkəsi mühitində korporativ istifadəçilər qrupunun informasiya təhlükəsizliyinin təminolunma səviyyəsinin yüksəldilməsi məqsədi ilə dəyişən strukturlu (xameleon) virtual xüsusi şəbəkələrin qurulmasının konseptual əsasları işlənilmiş, onların sintezi üçün modellər və metodlar təklif olunmuşdur
Virtual xüsusi şəbəkələrin paylanmış autentifikasiya sisteminin optimal strukturunun seçilməsini və sıradan çıxmalara dayanıqlığını təmin edən model və alqoritmlər işlənilmişdir
Elliptik əyrilər üzərində asimmetrik kriptosistemlərin, kompyuter şəbəkələri əsasında paylanmış hesablama mühitlərinin sintezi üçün model və metodlar işlənilmişdir
Mətn tipli informasiyaların intellektual analizi modelləri və alqoritmləri işlənilmişdir
İnternet mühitində CDN texnologiyasının köməyi ilə dinamiki formalaşan intellektual kontent-serverlər şəbəkəsinin sintezi üçün metod və alqoritmlər işlənilmişdir
Elektron kommersiya sistemlərinin sintezi məqsədi ilə müştərilərin təsnifatı, serverlərin və onlara məxsus resursların, biznes informasiyalarının optimal paylanması üçün model və alqoritmlər təklif olunmuşdur
İnformasiya inqilabları (I÷V) və onların yaratdığı sosial mühitlər tədqiq edilmiş, müvafiq dövrlərdə biliklərin məkan və zamana görə yayılması – ötürülməsi problemləri araşdırılmış, bu məqsədlə zəruri olaraq meydana çıxan klassik-ənənəvi tədris modellərinin müqayisəli təhlili aparılmış, informasiya cəmiyyəti şəraitində bütün insan qrupları üçün məkandan və zamandan asılı olmayan yeni tədris modellərinin işlənilməsi zərurəti əsaslandırılmış və müvafiq təkliflər işlənilmişdir
İnternet şəbəkəsi mühitində formalaşan dünya informasiya fəzasında veb-resursların ccTLD və gTLD domen göstəricilərinə görə təsnifatının aparılması, onlar arasında coğrafi və semantik əlamətlərə əsasən informasiya münasibətlərinin müəyyənləşdirilməsi, iki və çoxtərəfli informasiya idxalı və ixracı həcminin qiymətləndirilməsi, trendlərin aşkarlanması üçün konseptual model və indikatorlar sistemi işlənilmişdir
İnformasiya cəmiyyəti sahəsində dövlət siyasətinin, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və qanunların qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində yaxından iştirak edir
Dinamik inkişafda olan müasir informasiya texnologiyalarının ölkəmizə transformasiyası proseslərində, respublika miqyasında bir sıra strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində, İnternetin milli infrastrukturunun formalaşması və inkişafının təmin olunmasında yaxından iştirak edir
“Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində ölkə miqyasında böyük hesablama və yaddaş resurslarına tələbatı olan strateji əhəmiyyətli məsələlər üçün Milli superkompyuter mərkəzi və onun yüksək sürətli xüsusi şəbəkə vasitəsi ilə qarşılıqlı əlaqədə olması nəzərdə tutulan korporativ təyinatlı superkompyuterlər infrastrukturunun yaradılması konsepsiyasının işlənilməsində yaxından iştirak etmişdir
“Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində “Milli informasiya təhlükəsizliyi sistemi”, “Biometrik identifikasiya sistemi” və “Xarici siyasətin həyata keçirilməsinə informasiya dəstəyi sistemi” layihələrinin işlənilməsində yaxından iştirak etmişdir
Təyyarələrin uçuş informasiyalarının operativ emalı sistemlərinin (“qara qutu”ların) korporativ analitik şəbəkəsinin yaradılması, monitorinq və müxtəlif aspektli təhlillərin aparılmasına imkan verən xüsusi texnologiyaların işlənilməsi layihəsində yaxından iştirak etmişdir
Müxtəlif təyinatlı spamlarla ölkə, korporativ və fərdi səviyyələrdə mübarizə aparmağa imkan verən ümumrespublika xüsusi intellektual şəbəkəsinin sintezi üçün arxitektur prinsiplər təklif olunmuşdur
İnternet mühitində etibarlı və təhlükəsiz elektron idarəetmə (e-hökumət, e-bələdiyyə və s.) texnologiyalarının işlənilməsində iştirak etmişdir
AMEA-nın institut və təşkilatlarını əhatə edən korporativ İnternet şəbəkəsinin yaradılması, istismarı və inkişaf etdirilməsi, həmçinin həmin qurumların kompyuterləşdirilməsi və informasiyalaşdırılması işlərində yaxından iştirak etmişdir
Respublikada formalaşmaqda olan informasiya cəmiyyətinin elm və təhsil informasiya fəzasının www.science.gov.az baş veb-portalının arxitekturasının işlənilməsi və reallaşdırılması, həmçinin istismarı işlərində yaxından iştirak etmişdir
“İnformasiya Cəmiyyəti problemləri” şöbəsinin müdiridir
AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən N.01.231 dissertasiya şurasının sədridir
“İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi jurnallarının baş redaktorudur
“Телекоммуникации” jurnalının redaksiya heyətinin üzvüdür
“AMEA-nın Xəbərləri” (Fizika-texnika və riyaziyyat elmləri seriyası), “Applied and Computational Mathematics” (Azərbaycan), "Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri", "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri" (Pedaqoji-psixologiya elmləri seriyası), "Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun elmi əsərləri" jurnallarının redaksiya heyətinin üzvüdür
"International Journal of Academic Research" (Beynəlxalq Elmi Araşdırmalar - BEAJ) jurnalının baş məsləhətçisidir
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür
Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının nəzdində fəaliyyət göstərən “Kibernetika, informasiya texnologiyaları və texnika” üzrə Problem şurasının sədr müavinidir
AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elmi-texniki şurasının sədr müavinidir
“Azərbaycan elmi-tədqiqat və təhsil kompyuter şəbəkələri assosiasiyasının (AzRENA)” vitse-prezidentidir
2004-cü ildən IEEE (Institute of Electrical and Electronics Engineers, USA) və ACM (Association for Computing Machinery, USA) beynəlxalq qurumlarının üzvüdür
İctimai Televiziyada yayımlanan “İnformasiya cəmiyyəti” proqramının müəllifi və aparıcısıdır
NATO-nun təşəbbüsü ilə respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin Beynəlxalq İnternet şəbəkəsinə çıxışını təmin edən “Virtual İpək Yolu” layihəsinin həyata keçirilməsi və inkişafında yaxından iştirak edir
İnformasiya Texnologiyaları üzrə Ümumdünya Forumunda (Vilnüs, avqust 2003-cü il) iştirak edən
Azərbaycanın
rəsmi
nümayəndə heyətinin üzvüdür
İnformasiya cəmiyyəti məsələləri üzrə Ümumdünya sammitində (Tunis, noyabr 2005-ci il) iştirak edən rəsmi Azərbaycan nümayəndə heyətinin üzvüdür
İKT sahəsində əməkdaşlıq çərçivəsində ABŞ-a ezam olunmuş Azərbaycanın nümayəndə heyətinin üzvü olmuşdur (iyul 2006-cı il)
UNESCO-nun təşkilatçılığı ilə Elektron elm problemlərinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanı təmsil etmiş və məruzə ilə çıxış etmişdir (Pekin, oktyabr 2006-cı il)
XII Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” Sərgisinin və “Xüsusi İqtisadi Zonalar – Azərbaycanda Dayanıqlı İqtisadi İnkişafın Yeni İstiqaməti” Beynəlxalq Konfransının (oktyabr 2006-cı il) təşkilində yaxından iştirak etmiş və məruzə ilə çıxış etmişdir
Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardışlıq və Əməkdaşlıq Qurultayında (Bakı, 17-19 noyabr 2007-ci il) "Türkdilli ölkələr və cəmiyyətlər arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri" adlı məruzə ilə çıxış etmişdir
Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Kommissiyasının (iyul 2009-cu il) üçüncü iclasında iştirak etmişdir
Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş XXI Beynəlxalq informatika olimpiadalarında(8-15 avqust 2009-cu il) Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmişdir
İnformasiya cəmiyyətinin formalaşmasının müxtəlif problemlərinə həsr olunmuş bir sıra respublika səviyyəli elmi-praktiki konfrans və seminarların təşkilində və keçirilməsində yaxından iştirak etmişdir
İnformasiya texnologiyalarının aktual problemlərinə həsr olunmuş bir sıra beynəlxalq elmi konfransların və simpoziumların proqram və təşkilat komitələrinin üzvü, seksiyalarının rəhbəri olmuşdur
“Ölkəyə gəlmə-getmə avtomatlaşdırılmış sistemi” haqqında qanunun həyata keçirilməsi ilə əlaqədar dünyanın aparıcı şirkətləri tərəfindən təklif olunmuş layihələrin kompleks ekspertizası işlərində yaxından iştirak etmişdir
İnformasiya texnologiyaları sahəsində çoxlu sayda kitabların rəyçisi, elmi redaktoru və dissertasiya işlərinin opponenti olmuşdur
Beynalxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü kimi həmin qurum tərəfindən təşkil olunan tədbirlərdə iştirak edir
R.M.Əliquliyevin rəhbərliyi ilə 2
nəfər doktorluq, 12 nəfər namizədlik işini müdafiə etmişdir
Respublika üzrə aspirant və dissertantlar tərəfindən “İnformatika” üzrə namizədlik minimumunun mərkəzləşdirilmiş qaydada verilməsi məqsədi ilə AMEA Rəyasət Heyəti və Ali Attestasiya Komissiyasının qərarlarına əsasən 2002-ci ildə İnstitutun nəzdində yaradılmış Tədris-İnnovasiya Mərkəzinin təşkilatçısı və rəhbəridir
BDU-nun professoru kimi fəaliyyət göstərir
2008-ci ildən Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq BDU-nun “Jurnalistika” fakültəsində həyata keçirilən “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihənin təşəbbüskarı və rəhbəridir
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ali tədris və orta ümumtəhsil məktəblərində “İnformatika” və informasiya texnologiyaları yönümlü digər fənlərin proqramlarının müasir tələblərə uyğunlaşdırılması, elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi işlərində yaxından iştirak edir və elmi-metodiki məsləhətlər verir
İnformasiya texnologiyaları və informasiya cəmiyyəti ideyalarının təbliği və populyarlaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müntəzəm olaraq KİV-də çıxış edir, İKT məsələlərinə dair müxtəlif teleradio proqramlarının hazırlanması işlərinə dair məsləhətlər verir, geniş oxucu auditoriyası üçün kitablar və dərs vəsaitləri hazırlayır
300-dən artıq elmi əsərin, o cümlədən 17 kitab, 5 ixtira və müəlliflik şəhadətnaməsinin, bir sıra dərsliklərin müəllifidir.