Yaranma tarixi
İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir.
1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir.
1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır.
21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur.
İnstitutun kadr potensialı
Hal-hazırda institutda 250 əməkdaş fəaliyyət göstərir. İnstitutda, demək olar ki, İT sahəsinin bütün seqmentləri üzrə yüksək ixtisaslı mütəxəssislər vardır. İnstitutda 3 akademik, 7 elmlər doktoru,
15 elmlər namizədi, 18 aspirant, 24 dissertant və digər
əməkdaşlar elmi-tədqiqat işləri ilə məşğul olurlar. İnstitut son illər ərzində respublikanın
və beynəlxalq təşkilatların ayrı-ayrı qurumlarını müxtəlif ixtisaslı mütəxəssislərlə təmin etmişdir: BP, Azərcell, Hüquq mühafizə orqanları, "RİSK", "İntrans", "Azerin" BM, "SİNAM İNVEST", "ADANET", İqtisad universiteti, Memarlıq və inşaat universiteti, İdarəetmə akademiyası, Milli Bank, Space, Gömrük Komitəsi, Vergilər nazirliyi, AAK, UNESCO, ATƏT-in Kosovadakı ofisi, Kommersiya bankları, şirkətlər və s.
İnstitutun maddi-texniki bazası
və əməkdaşlara yaradılmış şərait haqqında
İnstitutun struktur bölmələri F.Ağayev, 9 küçəsində yerləşən 7 mərtəbəli binanın 2-ci mərtəbəsinin az bir hissəsində, 3 və 4-cü mərtəbələrində tam olaraq, AMEA Əsas binasının 2-ci mərtəbəsinin və Rəyasət Heyətinin 1-ci mərtəbəsinin bir hissəsində yerləşir.
- İnstitutun əməkdaşlarının sərəncamında 150-dən artıq Pentium tipli kompüter, bundan başqa çoxlu sayda skanerlər, printerlər və digər şəbəkə-telekommunikasiya avadanlıqları vardır:
- Bütün kompüterlər İnternetə qoşulmuşdur və işləmək üçün heç bir məhdudiyyət yoxdur;
- İnstitutun əməkdaşlarını elmi-texniki informasiya ilə təmin etmək üçün müasir tələblərə cavab verən
"İnformasiya xidməti" yaradılmışdır. "İnformasiya xidməti"nin tərkibinə adi kitabxana, elektron kitabxana, İnternetə sərbəst daxil olub lazımi informasiyaları əldə etmək, CDN texnologiyası əsasında dinamiki formalaşan intellektual informasiya
fondu və s. daxildir;
- İnstitutun əməkdaşları demək olar ki, keçmiş SSRI ərazisində nəşr olunan bütün
elmi, elmi-praktiki, texnoloji, populyar və s. kimi kitab və jurnallarla
müntəzəm olaraq təmin olunurlar;
- İnstitutun əməkdaşları ingilis dilli mənbələr
olan IEEE, ACM kimi nüfuzlu elektron kitabxanalara abunə olublar və Springer, Blackwell kimi nəşriyyatların e-jurnallarına giriş imkanları vardır;
- İnstitutun əməkdaşları müntəzəm olaraq vaxtlı-vaxtında İT sahəsində dünyanın istənilən yerində keçirilməsi planlaşdırılan beynəlxalq konfranslar, toplantılar haqqında məlumatlar alırlar.
İnstitutun əsas elmi-texniki nailiyyətləri
Respublikada ilk dəfə WAN - qlobal şəbəkə texnologiyaları (X.25, SNA, DECNET, TCP/IP və s.) tədqiq olunmuş və real praktiki nəticələr əldə olunmuşdur (Moskva-Bakı-Tbilisi şəhərlər arasında X.25 şəbəkəsi yaradılmışdır və s.).
Respublikada ilk dəfə LAN
- lokal şəbəkə texnologiyaları (Alisa, Arcnet, Ethernet
- naqilli, naqilsiz, İntranet və s.) tədqiq olunmuş və müxtəlif qurumlarda tətbiq olunmuşdur.
Respublikada ilk dəfə
veb-texnologiyası mənimsənilmiş və 1995-ci ildə AMEA-ya məxsus
www.ab.az saytı yaradılmışdır.
Respublikada ilk dəfə sınaq olaraq AMEA Rəyasət
Heyətinin (RH) üçün korporativ şəbəkə yaradılmışdır.
Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkəsi mühitində elektron rəqəm imzası texnologiyası tətbiq olunmuşdur.
Respublikada ilk dəfə AMEA-nın korporativ şəbəkə mühitində sənədlərin elektron dövriyəsi sistemi işlənmiş və tətbiq olunmuşdur.
Respublikada hələlik analoqu olmayan, AMEA-nın bütün institut və təşkilatlarını, onların şöbə və laboratoriyalarını əhatə edən, İnternetə çıxışa imkan verən, intellektual xüsusiyyətlərə malik İntranet şəbəkəsi yaradılmış və hal-hazırda fasiləsiz olaraq istismar olunur.
Respublikada ilk dəfə İnternet üzərində audiokonfrans və videokonfranslar təşkil olunmuşdur.
Respublikanın müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində bir sıra dövlət əhəmiyyətli işlər görülmüşdür:
- qırıcı təyyarələrin
"qara qutu"larındakı uçuş informasiyasını operativ emal edən sistem işlənmiş və hal-hazırda ölkənin bütün hərbi aerodromlarında müvəffəqiyyətlə istismar olunur;
- hava hücümündan müdafiə sistemi üçün uçan obyektlərin
aşkar olunması, tanınması və bu məqsədlə yaradılmış xüsusi təyinatlı korporativ şəbəkənin vaitəsilə mərkəzi
idarəetmə məntəqəsinə operativ olaraq məlumatların ötürülməsinə imkan verən sistem yaradılmışdır;
- hərbi aerodromları operativ olaraq meteoinformasiya ilə təmin etmək məqsədilə xüsusi korporativ şəbəkə yaradılmışdır.
Bakı şəhər metropoliteni üçün sərnişinlərin bütün stansiyalara daxil olmasına nəzarəti həyata keçirən sistemlər işlənmişdir. Eyni zamanda nəzarət vaxtı istifadə olunan jetonlar da bu institutda istehsal olunmuşdur.
Bakı şəhər metropolitenində qatarların maşinistlərinin, stansiyalarda çalışan növbətçilərin, dispetçerlərin xidməti danışıqlarının operativ olaraq
qeyd olunması, toplanması və emal olunmasına imkan verən xüsusi texnoloji təyinatlı korporativ audioinformasiya şəbəkəsi işlənmiş və istismara verilmişdir.
İnstitutun əməkdaşları
"Virtual İpək Yolu" layihəsinin işə salınmasını həyata keçirmişdir və fasiləsiz olaraq respublikanın bir sıra ali tədris müəssisələrinə şəbəkə xidmətləri göstərir.
Konfranszallar üçün audioinformasiyanın qeydiyyatı sistemi
işlənilmiş və istismara verilmişdir.
AR Gənclər İdman və Turizm Nazirliyi üçün respublika
ərazisində fəaliyyət göstərən turizm təşkilatlarından daxil olan statistik
məlumatların toplanması və emalı işlərini həyata keçirməyə imkan verən
korporativ informasiya sistemi və şəbəkəsi yaradılaraq istismara verilmişdir.
Respublikada bir sıra göstəricilərinə görə bənzəri olmayan
AMEA-nın Rəyasət Heyəti, bölmələri, bütün həqiqi və müxbir üzvləri, elmlər
doktorları, institut və təşkilatları, şöbə və laboratoriyaları, müxtəlif
qurumları haqqında Azərbaycan, rus və ingilis dillərində
müvafiq məlumatları özündə əks etdirən, 3242 fayldan, başqa sözlə 200
səhifəlik 120 kitabdan ibarət olan Web-portal
yaradılmış və istismara verilmişdir.
İnstitutun Tədris
Mərkəzində CISCO kompaniyasının lokal
"Şəbəkə Akademiyası"
yaradılmış və burada hal-hazırda "UNIX fundamental", "IT Essential I" və
"IT Essential II" kursları fəaliyyət göstərir.
İnstitutun əməkdaşları Azərbaycanda ilk dəfə İnternetin milli infrastrukturunu yaratmışdır.