Axtarış



 
Baş səhifə arrow Konfranslar, İclaslar arrow Aspirant və dissertantların elmi fəaliyyətinə dair hesabatlarının nəticələrinə həsr olunmuş yekun iclas keçirildi Daha böyük Daha kiçk Normal ölçü
Aspirant və dissertantların elmi fəaliyyətinə dair hesabatlarının nəticələrinə həsr olunmuş yekun iclas keçirildi Çap et
İstifadəçilərin reytinqi: / 0
Çox pisƏn yaxşı 
06 Mart 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının institutun aspirant və dissertantlarının ötən il üçün elmi fəaliyyətlərinə dair hesabatlarının nəticələrinə həsr olunmuş yekun iclası keçirildi.

Öncə institutun aspirant və dissertantlarla iş üzrə şöbəsinin müdiri Fərhad Yusifov İTİ-nin aspirant və dissertantlarının hesabatlarının nəticələri ilə bağlı ətraflı məlumat verdi. F.Yusifov 24 fevral - 4 mart tarixlərdə keçirilən iclaslarda 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)”, 05.13.19 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi”, 05.13.10 - ”Sosial və iqtisadi sistemlərdə idarəetmə”, 05.13.13 - “Telekommunikasiya sistemləri və kompyuter şəbəkələri”, 13.00.01 - “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasları üzrə 37 aspirant və dissertantın elmi fəaliyyəti haqqında hesabatının dinlənildiyini bildirdi.

İclaslarda institutun aspirant və dissertantları dissertasiya mövzuları üzrə qəbul olunmuş forma üzrə hesabat vermiş, elmi işin məqsədi, məqsədə çatmaq üçün qoyulan məsələlər, görülən işlər, nəşr olunan elmi əsərlər və s. haqqında məlumat verilmişdir. Aspirant və dissertantların 2010-cu ildə görəcəyi işlər müəyyənləşdirilmişdir.

Mövzularla bağlı aparılan müzakirələrdə Elmi Şura üzvlərinin rəyləri səsləndirilmiş, təkliflər irəli sürülmüş, lazımi tövsiyələr verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.
Foto

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 19..24° C
Gəncə : 19..26° C
Naxçıvan : 17..29° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az