Axtarış



 
Baş səhifə arrow Maraqlı məlumatlar arrow Qabaqcıl ölkələr superkompyuterlərin inkişafına investisiyalar qoyur Daha böyük Daha kiçk Normal ölçü
Qabaqcıl ölkələr superkompyuterlərin inkişafına investisiyalar qoyur Çap et
İstifadəçilərin reytinqi: / 0
Çox pisƏn yaxşı 
03 Mart 2010, saat 10:35
Image ABŞ, Kanada, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və Rusiya 1 ekzaflopsdan artıq məhsuldarlığa malik olacaq yeni nəsil superkompyuterlər üçün proqram təminatının (PT) hazırlanmasına dair maliyyə vəsaitinin ayrılması ilə əlaqədar razılığa gəlib. Məlumata görə, yüksək hesablama məhsuldarlığına malik superkompyuterlər 2019-cu ildə təqdim ediləcək və müasir sistemlərdən 100 dəfə daha artıq məhsuldar olacaq.

“Böyük səkikizlik“in Elmi Şurası bu cür PT-nin hazırlanması məqsədinə xidmət edən 100 milyon avro dəyərində olan proqramın reallaşdırılması prosesinə başlayıb. Yeni nəsil sistemləri tətbiq edərkən aparılacaq tədqiqatlar əsasən iqlim dəyişkənliyi və ətraf mühit, energetika, mikroelektronika, su resursları sahəsi ilə əlaqədar məsələlərə yönələcək. Yaxın onillikdə 100 milyon hesablama nüvəsindən ibarət olacaq sistemlər meydana çıxacaq. Mütəxəssislər bunun üçün PT-nin yaradılması məsələlərini indidən planlaşdırmaq lazım olduğunu bildirirlər.

IDC-in məlumatına görə, 2009-cu ildə iqlimin öyrənilməsi və havanın proqnozlaşdırılması üçün yüksəkməhsuldarlı hesablamalara 353 milyon dollar sərf edilmişdir. 2013-cü ildə isə investisiyaların 470 milyon dollaradək, sistemlərin məhsuldarlığının isə 10 petaflopsadək artacağı gözlənilir.

http://www.osp.ru

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 19..24° C
Gəncə : 19..26° C
Naxçıvan : 17..29° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az