|
AMEA Radiasiya Problemləri İnstitutunun İnternetə çıxışı bərpa olunub |
|
|
02 Mart 2010, saat 03:04 |
Məlum olduğu kimi, bir müddət öncə AMEA-nın Əsas binasında aparılan əsaslı təmir-tikinti işləri ilə əlaqədar bu binada yerləşən və digər bəzi institutların İnternetlə təmini dayandırılmışdır.
AMEA institutlarının İnternetlə təmini istiqamətində AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən görülən işlər barəsində məlumat verən institutun şöbə müdiri, tex.e.n. Əmiraslan Əliyev AMEA-nın Əsas binasındakı bütün institutların İnternetə çıxışının artıq bərpa olunduğunu bildirdi. Şöbə müdiri həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun da bu yaxınlarda İnternetlə təmin olunduğunu söylədi. Ə.Əliyev hazırda AMEA-nın Əsas binasında lokal kompyuter şəbəkəsinin yeni strukturunun istifadəyə verilməsi ilə bağlı görülən işlərdən də söhbət açaraq, bu işlərin artıq başa çatmaq üzrə olduğunu qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.
|