Axtarış



 
Baş səhifə arrow Maraqlı məlumatlar arrow Kompyuterlər şəkilləri sözlərlə təsvir edə biləcək Daha böyük Daha kiçk Normal ölçü
Kompyuterlər şəkilləri sözlərlə təsvir edə biləcək Çap et
İstifadəçilərin reytinqi: / 0
Çox pisƏn yaxşı 
26 Fevral 2010, saat 11:40
Image Böyük Britaniya alimləri kompyuterlərin şəkilləri sözlərlə təsvir edə bilməsi üzərində çalışırlar. Fizika və mühəndislik elmləri sahəsində tədqiqatlar üzrə Şura təsvirlərin kompyuter tərəfindən tanınması və mətnlərin təbii dillərdə emalı sahəsində mütəxəssislər arasında əlaqələrin və birgə layihələrin təşkili və inkişafı üçün 120 min funt sterlinq dəyərində maliyyə vəsaiti ayırıb.

Şəbəkədə həm vizual, həm də mətn şəklində böyük həcmdə informasiya mövcuddur, lakin müasir axtarış və analiz vasitələri nadir hallarda hər iki formanı nəzərə almaq imkanına malikdir. Sahələrarası tədqiqatlar təsvirlərin avtomatik təsviri vasitələrinin yaradılmasına gətirib çıxarmalıdır ki, bu da nəticədə, misal üçün, gözdən əlil istifadəçilərin qrafik materiallara əlyetərliyini təmin etməyə və yaxud da tibb və ya kriminalistikada verilənlər bazasında axtarış metodlarını təkmilləşdirməyə kömək edəcək. Şuranın süni görmə və mətnlərin başa düşülməsi problemləri ilə məşğul olan bölməsində yüzə yaxın ingilis tədqiqatçısı çalışır.

www.osp.ru

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 19..24° C
Gəncə : 19..26° C
Naxçıvan : 17..29° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az