|
Kompyuter üçün maus-əlcək yaradılıb |
|
|
02 Fevral 2010, saat 11:17 |
Kanadanın DeanMark şirkəti klassik manipulyatorsuz və istifadəçinin əlinə əlcək kimi geyilən AirMouse adlı kompyuter mausu təqdim edib. Maus istifadəçinin biləyinə və iki barmağına (şəhadət və orta) geyilir.
Hərəkətləri lazer vasitəsilə izləyən simsiz qurğu bir həftə ərzində əlavə enerjisiz işləyə bilər. Şirkətin məlumatında bildirilir ki, AirMause kursor hərəkətinin sürətini və dəqiqliyini artırmaq imkanına malikdir. Yeni qurğu yalnız istifadəçinin əlinin mausun idarə olunması zamanı xarakterik vəziyyət alan zaman işləyir.
Yarım ildən sonra satışa çıxarılması planlaşdırılan AirMause-ın qiyməti 129 dollar olacaq. Onun ABŞ ərazisindən kənarda da satışa çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil.
lenta.ru
|