|
ABŞ Təhlükəsizlik Nazirliyi yeni qaydalar tətbiq edib |
|
|
29 Yanvar 2010, saat 10:00 |
Sərhəddən keçərkən artıq noutbuk və digər elektron qurğular daha dəqiq yoxlanılacaq. Bu kimi yeni qaydalar ABŞ Təhlükəsizlik Nazirliyi tərəfindən tətbiq edilib. Qaydalara görə, ABŞ-ın İmiqrasiya və Gömrük Xidmətləri heç bir əsas olmadan maliyyə sənədləri də daxil olmaqla istənilən elektron qurğunun içindəkiləri də yoxlamaq hüququna malikdirlər. Bu kimi yoxlamaları gömrükçülər 5 günə, imiqrasiya polisi isə 1 ay müddətinə başa çatdırmalıdır.
Son 10 ayda ABŞ gömrüyündə 1000 noutbuk yoxlamadan keçib ki, bunlardan yalnız 46-da əsaslı yoxlamalar aparılıb.
Computerworld
|