|
25 Yanvar 2010, saat 03:07 |
Uzun əsrlərdir ki, dahi italyan rəssamı Leonardo da Vinçinin məşhur “Mona Liza” əsəri hər kəsi valeh etməkdə davam edir. İndi isə əsərin qəhrəmanı putunxua dialektində artıq suallara da cavab verməyi bacarır.
XVI əsrin əfsanəvi rəsminin rəqəmsal interaktiv versiyası Pekində keçirilmiş World Classic Interactive Arts Exhibition sərgisində sərgilənən 60 klassik və qədim incəsənət əsərinin ən yüksək texnoloji reproduksiyalarından biri olub.
Sərginin təşkilatçısı Van Xueyin bildirdiyinə görə, layihəni reallaşdırmaq üçün texniki hazırlıq və investisiya axtarışlarına düz 2 il vaxt lazım olub: “İlk dəfə idi ki, 3D, holoqrafik texnoloqlar və nitqin tanınması texnologiyaları bir sərgidə birləşmişdir”.
Luvr muzeyində saxlanılan orijinal “Cakonda”dan fərqli olaraq, onun rəqəmsal surəti insanların daha çox marağına səbəb olub. Muzeyə gələnlər “Mona Lizadan” öz həyat hekayəsini danışmağı xahiş edirlər.
compulenta
|