|
Firefox 3.6 brauzeri buraxılıb |
|
|
26 Yanvar 2010, saat 12:17 |
"Mozilla" qeyri-kommersiya təşkilatı Firefox brauzerinin yeni versiyasını təqdim edib. Firefox 3.6 versiyasına yeni funksiyalar əlavə olunub, köhnələr isə təkmilləşdirilib. Veb-səhifələri əvvəlki versiyalardan 20% daha sürətlə açmaq imkanına malik Firefox 3.6, həmçinin JavaScript-i daha sürətlə emal edir. Layihəçilərin sözlərinə görə, yeni versiya Firefox 3.5-dən daha stabil işləyir.
Videonu HTML5 vasitələri ilə təsvir etmək imkanına malik olan Firefox 3.6 OpenType və TrueType şriftlərinə əlavə olaraq, həm də WOFF açıq şriftli veb-səhifələrlə də işləmək imkanına malikdir.
Əməliyyat sistemlərinə gəldikdə isə 3.6 versiyası Windows, Mac OS X, eləcə də Linux nüvəli sistemləri dəstəkləyir.
Qeyd edək ki, Firefox-un dünya bazarındakı payı 25 faizdən artıqdır. Bu brauzerlərlə 350 milyon istifadəçi işləyir.
lenta.ru
|