Axtarış



 
Baş səhifə arrow Maraqlı məlumatlar arrow Üçüncü dünya müharibəsi İnternetdə başlaya bilər Daha böyük Daha kiçk Normal ölçü
Üçüncü dünya müharibəsi İnternetdə başlaya bilər Çap et
İstifadəçilərin reytinqi: / 0
Çox pisƏn yaxşı 
24 Yanvar 2010, saat 11:48
Image Kiberməkanda aparılan müharibədə qalib gəlməyin ən asan yolu onu dayandırmaqdır

Kiberməkanda müharibə təhlükəsinin yaranması və real həyatda zorakılıq məsələləri Cenevrədə keçirilən mətbuat konfransının əsas müzakirə mövzusu olub. Beynəlxalq Elektrorabitə İttifaqının (BEİ) “Telecom World” adlı növbəti konfransı və sərgisinin açılışına həsr olunmuş tədbirdə BEİ-nin baş katibi Hamadun Ture növbəti dünya müharibəsinin kiberməkanda başlaya biləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib. H.Ture kibermüharibənin baş verəcəyi halda, bu kimi vəziyyətin adi diplomatik vasitələrlə tənzimlənməsinin mümkün olmayacağını da vurğulayıb.

“Tarix göstərib ki, müharibədə zəfər çalmağın ən yaxşı üsulu müharibəyə başlamamaqdır” – bildirən baş katib BEİ-nin kiberməkanda dünyanın müdafiəsi və təhlükəsizliyi qlobal proqramını dəstəklədiyini söyləyib. H.Ture cari ilin sonunadək vətəndaşların şəbəkədə müdafiəsi, kiberterrorçuların gizlədilməsinə imtina və şəbəkə hücumlarına qarşı tədbirlərin görülməsi haqqında beynəlxalq razılaşmanın əldə olunmasının nəzərdə tutulduğunu bildirib.

Computerworld

İstifadəçi şərhləri


 
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Jurnallar

Hava haqqında
Bakı : 23..32° C
Gəncə : 21..34° C
Naxçıvan : 14..34° C
   
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az