|
Sosial şəbəkələrə müraciət milyardlarla dollar itkisinə gətirib çıxarır |
|
|
23 Yanvar 2010, saat 11:51 |
Şirkətlər öz əməkdaşlarına iş vaxtı sosial şəbəkə resurslarından istifadə etməyə icazə verməklə, maliyyə göstəricilərinə ciddi surətdə ziyan vururlar. TNS Group şirkətinin hesablamalarına görə, təkcə Böyük Britaniya şirkətləri əməkdaşlarının iş vaxtlarından başqa məqsədlərlə istifadə etməsi ucbatından 1 ildə düz 2,25 milyard dollar itirirlər.
Aparılmış sorğuların nəticələrinə görə, iş vaxtı sosial şəbəkələrə ofis işçilərinin 57%-i müraciət edir. Bu isə gün ərzində orta hesabla 40 dəqiqə vaxt aparır. Buna bənzər nəticələr digər tədqiqatçı şirkətlər tərəfindən də alınmışdır.
Computerworld
|