|
Mobil telefonlar üçün vahid standart təsdiq olunub |
|
|
27 Yanvar 2010, saat 12:00 |
Beynəlxalq Elektrorabitə İttifaqı (BEİ) mobil telefonların enerji ilə təminatı üçün vahid standartı təsdiq edib. “Universal enerji ehtiyatı həlli” Micro-USB interfeysi ilə istənilən şirkətin istehsalı olan mobil telefonları bir qidalanma blokuna qoşmağa imkan verəcək.
Yeni standartın tətbiqinin konkret vaxtı hələ ki, məlum deyil. Ehtimala görə, bu standart dünya miqyasında 2010-cu ildən etibarən tətbiq edilməyə başlayacaq. Lakin Avropada universal qidalanma blokununun artıq bu il tətbiqinə start verilə biləcəyi güman edilir. Belə ki, bunun Nokia, Sony Ericsson, Motorola, LG, Samsung və Apple kimi istehsalçılar da daxil olmaqla, 2009-cu ildə 10 aparıcı şirkət arasında əldə olunmuş saziş sayəsində mümkün ola biləcəyi deyilir.
Yeni sənaye standartı BEİ tərəfindən təxminən 800 mobil rabitə operatoru və 200-dən artıq mobil telefon, proqram təminatı, aksessuarlar istehsalını özündə birləşdirən GSMA assosiasiyası ilə birgə hazırlanıb.
lenta.ru
|