Transmenu powered by JoomlArt.com - Mambo Joomla Professional Templates Club
Baş səhifə
Xəbərlər
İnstitut haqqında
Dissertasiya Şurası
Dissertasiyalar
Elmi fəaliyyət
Tədris fəaliyyəti
Kitabxana-informasiya xidməti
Elmi-texniki əlaqələr
Kommersiya fəaliyyəti
Nəşriyyat fəaliyyəti
Rəsmi sənədlər
Lüğətlər, ensiklopediyalar
İKT üzrə muzeylər
İnstitut KİV-də
Fotoqalereya
Digər əhəmiyyətli saytlar
Əlaqə
Axtarış
Русский
|
English
Baş səhifə
Kommersiya fəaliyyəti
Kommersiya fəaliyyəti
Axtarış
"ELEKTRON SƏNƏDLƏRİN DÖVRİYYƏSİ" SİSTEMİ
Təklifin mahiyyəti
İşçi yerlərin sayına və uzaqlığına məhdudiyyət qoyulmadan şəbəkə mühitində elektron sənədlərin dövriyyəsinin avtomatlaşdırılmasını həyata keçirir. Əsas funksiyaları sənədlərin yaradılması, emalı, sistemli saxlanılması, axtarışı, təşkilatın struktur bölmələri və işçi qrupları arasında mübadiləsi, icrasına nəzarət və elektron arxivinin yaradılmasıdır. Bu sistemdə, eyni zamanda elektron imza texnologiyası tətbiq olunur.
Təklifin səmərəliliyi
İnformasiyanın saxlanılması məsrəflərinin və sənədlərin icraçılar arasında mübadilə vaxtının azaldılması, sənədlərin çoxaldılmasına, dəftərxana ləvazimatlarına və s. sərf olunan xərclərin aradan qaldırılması, həmçinin sənədlərin axtarış sürətinin artırılması və elektron imzanın tətbiqi ilə səmərəliliyin yüksəldilməsinə nail olunur.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
"İCRAYA NƏZARƏT" KORPORATİV İNFORMASİYA SİSTEMİ
Təklifin mahiyyəti
Müəssisədə rəhbərlik tərəfindən verilmiş tapşırıqların qeydiyyatı, onların icraçılara çatdırılması, nəzarətə götürülməsi, icra müddəti haqqında icraçılara xəbərdarlıq, sorğu əsasında tapşırığın icra vəziyyəti haqqında müxtəlif hesabatların və arayışların hazırlanması, rəhbərliyin göstərişi ilə icra müddəti bitmiş və yerinə yetirilmiş tapşırıqların nəzarətdən çıxarılması kimi funksiyaları həyata keçirir. Müasir informasiya texnologiyaları əsasında yaradılmış sistem şəbəkə mühitində də istismar oluna bilər.
Təklifin səmərəliliyi
İcra intizamını təkmilləşdirməklə idarəetmənin səmərəliliyinin artırılmasına nail olunur.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
MÜXTƏLİF TƏYİNATLI OPERATİV ANALİTİK EMAL SİSTEMLƏRİNİN İŞLƏNMƏSİ
Təklifin mahiyyəti
Böyük informasiya resursları əsasında effektiv qərarların qəbul edilməsini dəstəkləmək məqsədilə çoxölçülü verilənlərin yığılması, saxlanması və operativ analitik emalı (OLAP-sistemlər) həyata keçirilir. Sistemin köməyilə arzu olunan nəticəni almaq üçün ilkin şərtləri təyin etmək, gizli tendensiyaları üzə çıxarmaq, inkişafın strategiyasını qurmaq, proqnoz vermək və s. mümkündür.
Təklifin səmərəliliyi
Effektiv qərarların qəbulu üçün qısa müddətdə, geniş analitik imkanlar hesabına çoxlu sayda hesabatların alınması, çoxistifadəçi rejimi, klient-server arxitekturunu dəstəkləməklə konfedensiallığın qorunması və s. kimi funksiyaları ilə səmərəliliyin təmin olunması və artırılmasına nail olunur.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
ŞƏBƏKƏ MÜHİTİNDƏ ƏMƏKDAŞLARIN BİLİKLƏRİNİN TESTLƏŞDİRİLMƏSİ VƏ PEŞƏ HAZIRLIĞININ YÜKSƏLDİLMƏSİ SİSTEMİ
Təklifin mahiyyəti
Müxtəlif qurumların coğrafi cəhətdən paylanmış struktur bölmələrində çalışan əməkdaşların qarşısında qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onların peşə biliklərini artırmaq istiqamətində müvafiq tədbirlər görmək lazımdır. Bu problemləri həll etmək məqsədilə korporativ şəbəkə mühitində qeyd olunan xüsusiyyətlərə malik qurumların əməkdaşlarının, onların spesifik tələblərinə müvafiq olaraq, on-line rejimdə testləşdirilməsi, attestasiyası və peşə hazırlığının yüksəldilməsi sisteminin işlənilməsi nəzərdə tutulur.
Təklifin səmərəliliyi
Qurum və təşkilatların qarşısında qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə dəstək verir, əməkdaşlar tərəfindən yeni biliklərin əldə olunmasını stimullaşdırır və vəzifə pillələri üzrə irəliyə çəkilmə obyektiv əsaslara söykənir.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
KRİPTOQRAFİK MÜHAFİZƏ VASİTƏLƏRİNİN İŞLƏNMƏSİ VƏ KONSALTİNQ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ
Təklifin mahiyyəti
Yeni kriptoqrafik alqoritmlərin işlənməsi, mövcud kriptoqrafik alqoritmlərin qiymətləndirilməsində, seçilməsində, onların müxtəlif hesablama mühitlərində və platformalarında realizəsində mütəxəsis məsləhətləri, müxtəlif aspektli tövsiyələrin hazırlanması, informasiyanın kriptoqrafik mühafizəsinin proqram vasitələrinin işlənməsi.
Təklifin səmərəliliyi
İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistemlərində kriptoqrafik mühafizə vasitələrinin tətbiqi informasiya təhlükəsizliyinin konfidensiallıq, informasiyanın bütövlüyü, elektron imza, elektron ödəmələr və s. ilə əlaqədar məsələlərin yüksək təhlükəsizlik səviyyəsində və iqtisadi cəhətdən daha səmərəli həll etməyə imkan verir.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
MÜXTƏLİF QURUMLAR ÜÇÜN KORPORATİV İNFORMASİYA FƏZASININ FORMALAŞDIRILMASI MEXANİZMİNİN İŞLƏNMƏSİ VƏ REALLAŞDIRILMASI
Təklifin mahiyyəti
Müxtəlif qurumların coğrafi cəhətdən paylanmış struktur bölmələrində çalışan əməkdaşların qarşısında qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onların peşə biliklərini artırmaq istiqamətində müvafiq tədbirlər görmək lazımdır. Bu problemləri həll etmək məqsədilə korporativ şəbəkə mühitində qeyd olunan xüsusiyyətlərə malik qurumların əməkdaşlarının, onların spesifik tələblərinə müvafiq olaraq, on-line rejimdə testləşdirilməsi, attestasiyası və peşə hazırlığının yüksəldilməsi sisteminin işlənilməsi nəzərdə tutulur.
Təklifin səmərəliliyi
Müxtəlif qurumlar üçün korporativ informasiya fəzasının formalaşdırılması və xüsusi şəbəkə mühitində reallaşdırılması informasiya cəmiyyətinin yaradılması istiqamətində elektron fərqlilik problemlərini qismən aradan qaldırır, eyni zamanda həmin qurumların iqtisadi səmərəlilik göstəricilərini yüksəldir və bazar iqtisadiyyatı şəraitində rəqabətə dözümlülüyünü artırır.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
KORPORATİV ŞƏBƏKƏLƏRİN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI SİSTEMİNİN İŞLƏNMƏSİ
Təklifin mahiyyəti
Korporativ şəbəkələrin informasiya təhlükəsizliyi siyasətinin işlənməsi, identifikasiya və autentifikasiya sisteminin, protokollaşdırma və audit, şifrləmə və bütövlüyə nəzarət vasitələrinin, kritik informasiyanın açıq şəbəkə vasitəsi ilə təhlükəsiz mübadiləsini təmin edən mühitin yaradılması (virtual xüsusi şəbəkələrin qurulması) və İnternetə təhlükəsiz birləşmənin təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması sisteminin əsas funksiyalarıdır.
Təklifin səmərəliliyi
Korporativ informasiya fəzasına və onun fəaliyyət göstərdiyi şəbəkə infrastrukturuna olan müxtəlif təbiətli təhlükələrin aşkar olunması, vaxtında qarşısının alınması və vurulacaq ziyanın minimallaşdırılması.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
İKT SAHƏSİNDƏ MİLLİ STANDARTLARIN İŞLƏNİLMƏSİ
Təklifin mahiyyəti
İKT sahəsində ümumi standartlaşdırma prosesinin ayrılmaz tərkib hissəsi olan informasiya təhlükəsizliyi sahəsində standartların işlənilməsi müasir şəraitdə xüsusilə aktualdır. Kadrların və təcrübənin varlığı yuxarıdakı təklifin həyata keçirilməsinə zəmanətdir.
Təklifin səmərəliliyi
Milli standartlar ölkənin milli maraqlarının qorunmasına, yerli istehsalçıların İKT məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin təmin edilməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasında ümumi metodoloji konseptual həllərin işlənməsinə, həmçinin informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üçün tipik həllərin işlənməsinə imkan verir.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
İKT LAYİHƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Təklifin mahiyyəti
Qiymətləndirmə üçün İKT layihələrin həyata keçirilməsi sahəsində yerli və xarici təcrübə əsasında, həmçinin layihələrin səmərəliliyinin qiymətləndirilməsinin mövcud metodları əsasında işlənmiş xüsusi model tətbiq edilir. Model İKT layihələrin analizi və təsnifatını, müxtəlif növ layihələrin qiymətləndirilməsi üçün göstəricilərin seçilməsini, layihələrin nəticələrinin və səmərəliliyinin müəyyənləşdirilməsi metodikasının qurulmasını, o cümlədən funksional-qiymət analizini, qiymətləndirilmənin aparılması üzrə metodik tövsiyələrin hazırlanmasını əhatə edir.
Təklifin səmərəliliyi
İKT layihələrin səmərəliliyinin qiymətləndirilməsi modeli layihələrin artıq baxılma mərhələsində potensial nəticələrini proqnozlaşdırmaq və müqayisə etmək imkanını təmin edir.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
SPESİFİK PROQRAM VASİTƏLƏRİNİN TEST SINAQLARININ KEÇİRİLMƏSİ
Təklifin mahiyyəti
İşlənilmiş metodikanın və xüsusi proqram vasitələrinin köməyi ilə əsasən kriptoqrafik mühafizənin proqram vasitələrinin, o cümlədən rəqəm imzası vasitələrinin, öz təyinatlarına uyğunluğu, onlarda səhvlərin və müəyyən növ əlfəcinlərin olmaması yoxlanılır.
Təklifin səmərəliliyi
Proqram vasitəsinin imitasiya modeli dəyişən xarici təsirlər şəraitində proqram vasitəsinin fəaliyyətinin hərtərəfli analizini aparmağa imkan verir.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
“VİRTUAL TURİZM" KORPORATİV İNFORMASİYA ŞƏBƏKƏSİ YARADILMASI
Təklifin mahiyyəti
Respublikanın ərazisində turizm xidmətləri göstərən təşkilat və qurumlar, onların imkanları, yerləşdiyi coğrafi məkan, ölkənin təbii şəraiti, nəqliyyat növləri və marşrutlar, bu infrastrukturla əlaqədar digər mühüm məlumatları İnternet şəbəkəsi mühitində on-line rejimdə toplayıb istifadəçilərə çatdırmağa imkan verən bir korporativ informasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Təklifin səmərəliliyi
Ölkəmizin dünyaya tanıdılması, turizmin inkişafının sürətlənməsi, ölkəyə gələn turistlərin sayının artması.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
"VİRTUAL AQRAR MƏHSULLAR BAZARI" İNFORMASİYA ŞƏBƏKƏSİNİN İŞLƏNİLMƏSİ
Təklifin mahiyyəti
Respublikanın bütün bölgələrində istehsal olunan, satılan və alınan aqrar məhsullar haqqında bütün növ məlumatlar vahid paylanmış verilənlər bazasında toplanılır. Bu məlumatlar sırasına ayrı-ayrı məhsulların satış bazarlarının coğrafiyası, həcmi, çeşidi, qiymətləri, məhsulun daşınmasında istifadə olunan nəqliyyat vasitələri, taralar, məhsulların istehsalı üçün tələb olunan xammal ehtiyatları, məhsul istehsalçıları haqqında məlumatlar və s. daxildir. Bu cür məlumatlar İnternet şəbəkəsi vasitəsi ilə on-line rejimdə toplanır və istifadəçilərə təqdim olunur.
Təklifin səmərəliliyi
"Virtual aqrar məhsullar bazarı" informasiya şəbəkəsinin yaradılması aqrar məhsulların respublika üzrə düzgün paylanmasına, istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqələrin yaranmasına, tez xarab olan məhsulların vaxtında istehlakçıya çatdırılmasına, istehsalın proqnozlaşdırılmasına, nəqliyyat xərclərinin azaldılmasına və ümumiyyətlə məhsulların maya dəyərinin aşağı düşməsinə imkan yaradacaqdır.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
REGİONLARDA İNTERNET LAYİHƏLƏRİN İŞLƏNİLMƏSİ
Təklifin mahiyyəti
Müasir informasiya-kommunikasiya texnologiyaları əsasında respublikanın ayrı-ayrı regionlarının xüsusiyyətləri (coğrafi, demoqrafik və s. ) nəzərə alınmaqla İnternet infrastrukturunun və informasiya resurslarının yaradılması, treyninqlərin keçirilməsi, regionlarda fəaliyyət göstərən dövlət və özəl qurumlara, o cümlədən vətəndaşlara yüksək keyfiyyətli İnternet xidmətlərinin verilməsi.
Təklifin səmərəliliyi
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin və ayrı-ayrı qurumların qanunvericilik və digər sahələrdə informasiyaya olan təlabatlarının operativ təmin olunması və şəffaflığın artırılması, regionlarda fəaliyyət göstərən sahibkarların peşə fəaliyyətləri ilə bağlı dünya təcrübəsindən faydalanmaq, İnternet-marketinqin köməyi ilə yeni səmərəli biznes strategiyalarının həyata keçirilməsi.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ KONSALTİNQ XİDMƏTLƏRİ
Təklifin mahiyyəti
Dövlət və özəl qurumlar üçün İT infrastrukturunun formalaşdırılması, təhlükəsizliyinin təmin olunması, boyük tutumlu informasiya resurslarının yaradılması, idarə olunması, kontent analizi, müəssisələrin avtomatlaşdırılması, müştərilərlə münasibətlərin səmərəli təşkili və yeni biznes strategiyalarının formalaşdırılması məqsədi ilə müasir informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə (VPN, CASE, ADM, SAN, CDN, OLAP, Data mining, ERP, CRM və s. ) konsaltinq xidmətlərin verilməsi .
Təklifin səmərəliliyi
Dövlət və özəl qurumların strateji inkişafının istiqamətlərinin müəyyən edilməsi, idarəetmənin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, qərar qəbuletmənin operativliyinin artırılması, marketinq tədqiqatlarının səviyyəsinin və operativliyinin yüksəldilməsi, yeni müştərilərin cəlb olunması, rəqabətə dözümlü məhsulların yaradılması, bazarın genişləndirilməsi və s.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
KORPORATİV İNFORMASİYA SİSTEMLƏRİNİN İŞLƏNİLMƏSİ
Təklifin mahiyyəti
Dövlət və özəl qurumlar üçün, onların fəaliyyət istiqamətlərini, iş xüsusiyyətlərini və coğrafi yerləşməsini nəzərə alaraq kompüter şəbəkə infrasrukturunun, proqram və aparat təminatının seçilməsi və reallaşdırılması, informasiya resurslarının yaradılması və şəbəkə infrastrukturunda yerləşdirilməsi, təhlükəsizlik siyasətinin işlənilməsi və həyata keçirilməsi.
Təklifin səmərəliliyi
Müasir şəraitdə idarəetmənin səmərəliliyi və keyfiyyətinin yüksəlməsi, düzgün və operativ qərarların qəbul edilməsi, əhalinin və digər maraqlı tərəflərin informasiyaya olan tələbatının operativ təmin olunması və şəffaflığın artması, reklam və marketinq işlərinin səmərəliliyinin artması, İnternet şəbəkəsi mühitində biznes fəaliyyətin həyata keçirilməsi.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
"VİRTUAL MAĞAZALAR" İNFORMASİYA ŞƏBƏKƏSİ
Təklifin mahiyyəti
Son vaxtlar təklif olunan məhsul və ya xidmət növlərinin xeyli genişlənməsi alıcıların bu məhsulları seçmək, qiymətlərini müqayisə etmək, yerlərini müəyyən etmək imkanını xeyli çətinləşdirmişdir. Belə şəraitdə təklif olunan "Virtual mağazalar" informasiya şəbəkəsi bütün bu çatışmamazlıqları aradan qaldırır. Belə ki, bu mağazalar öz saytlarında bütün növ məhsul və ya xidmət haqqında geniş məlumatları əks etdirir. Alıcılar şəbəkənin köməyi ilə operativ olaraq respublikanın bütün regionlarını əhatə edən “Virtual mağazalar" informasiya şəbəkəsinə daxil olaraq yüzlərlə mağazada təklif olunan çoxlu sayda məhsul və ya xidmət növünü müqayisə edərək, istədiyini sifariş edir.
Təklifin səmərəliliyi
"Virtual mağazalar" informasiya şəbəkəsi vaxta qənaət edərək evdən çıxmadan istənilən məhsulu və ya xidmət növünü sifariş edə bilir. İstehsalçı üçün ənənəvi ticarətdən fərqli olaraq öz məhsulunu bazara çıxarmaq üçün xüsusi yer axtarmaq lazım olmur. İstehsalçıların dünya bazarına çıxması üçün maneələr aradan qalxmış olur .
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
"VİRTUAL MARKETİNQ" İNFORMASİYA ŞƏBƏKƏSİ
Təklifin mahiyyəti
Respublikanın bütün regionlarında, mərkəzi şəhərlər də daxil olmaqla İnternet mühitində marketinq mərkəzləri yaradılır ki, bu mərkəzlər də öz növbəsində vahid informasiya şəbəkəsi şəklində əlaqələndirilir. Bu cür yaradılmış marketinq şəbəkəsi bütün respublika üzrə məhsul və ya xidmətlə bağlı bütün növ məlumatları vahid verilənlər bazasında toplayır. Nəticədə respublikanın istənilən regionundan bu məlumatları əldə etmək imkanı yaradır.
Təklifin səmərəliliyi
"Virtual marketinq" informasiya şəbəkəsinin yaradılması respublika daxilində məhsul və ya xidmət dövriyyəsini analiz etməyə, proqnozlaşdırmağa, eyni zamanda istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqələrin yaranmasına, yeni daxili və xarici bazarların yaranmasına təkan verəcək. Təklif olunan marketinq şəbəkəsi ayrı-ayrı regionların iqtisadi inkişaf dinamikasının, regionların tələbatının, tələb-təklif siyasətinin müəyyənləşdirilməsində və proqnozlaşdırılmasında əsas informasiya mənbəyinə çevrilə bilər.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
QEYRİ-ORDİNAR ŞƏRAİTLƏR ÜÇÜN KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN YARADILMASI
Təklifin mahiyyəti
Ənənəvi kommunikasiya infrastrukturu inkişaf etməmiş və ya yaradılması texniki və iqtisadi cəhətdən səmərəli olmayan ərazilərdə fəaliyyət göstərən müxtəlif qurum və təşkilatlar üçün məxsusi şəbəkə mühitinin formalaşdırılması və onun İnternet infrastrukturuna konvergensiya edilməsi, həmçinin bu ərazilərdə hərəkətdə olan mühüm əhəmiyyətli obyektlərdən informasiyanın operativ toplanması, emalı və ötürülməsi məqsədi ilə naqilsiz kompüter şəbəkəsinin layihələndirilməsi və reallaşdırılması.
Təklifin səmərəliliyi
Qeyri-ordinar şəraitdə fəaliyyət göstərən qurumların struktur bölmələri arasında operativ informasiya mübadiləsinin həyata keçirilməsi, idarəetmənin keyfiyyətinin yüksəldilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
İNTERNET-KÖŞKLƏR ŞƏBƏKƏSİNİN İŞLƏNMƏSİ
Təklifin mahiyyəti
İnternet-köşk birbaşa İnternetə qoşulmuş, sensor monitor və prosessorla təchiz edilmiş xüsusi kompüter olub, mehmanxanalarda, ticarət mərkəzlərində, vağzallarda, istirahət mərkəzlərində və vətəndaşların kütləvi toplaşdığı digər ictimai yerlərdə quraşdırılır.
Təklifin səmərəliliyi
İnternet – xidmətlərdən istifadə kütləviləşir; İnternet – xidmətlərə tez bir zamanda müraciət etməyə imkan yaradır.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
NAQİLSİZ KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN YARADILMASI
Təklifin mahiyyəti
Naqilsiz şəbəkə texnologiyası - Wi-Fi istifadəçilərin İnternetə radio efir vasitəsilə qoşulmasına imkan yaradır. Bu zaman istifadəçilər Wi-Fi quraşdırılmış istənilən sahədən (hot-spot) öz kompüterləri vasitəsilə böyük sürətlə (1÷54 Mbps) İnternetə qoşularaq onun bütün xidmətlərindən istifadə edə bilirlər.
Təklifin səmərəliliyi
Bu texnologiya vasitəsilə istifadəçilər dünyanın istənilən hot-spot sahəsində (mehmanxanada, kafedə, parkda və s.) öz Notebook kompüteri vasitəsilə İnternetə mobil qoşulma imkanı əldə edirlər.
Kontakt üçün məlumatlar
Az1141, Bakı şəh., F.Ağayev küç.,9Tel.:(99412) 4419274,Faks: (99412) 4396121
commerce@iit.ab.az
,
secretary@iit.ab.az
1
2
3
4
Yazıların sayı:
1
5
10
20
30
40
50
70
100
14 fevral ilk kompyuterin yarandığı gündür
Copyright © 2006
AMEA İnformasiya Texnologiyaları İnstitutu
info@ict.az