sa sa sa
http://www.president.az 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 1, maddə 1; 1995-ci il, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 199) 11-ci maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin: 

“Sərhədkeçmə nəzarəti həyata keçirilərkən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Sərhədkeçmə yoxlamasının nəticələri barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir. ”. 

II. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008-ci il, № 3, maddə 158; Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 

1. 1-ci maddənin birinci hissəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

“2) vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; ”; 

2. 12-ci maddədə: 

2.1. ikinci hissəyə aşağıdakı məzmunda 6-cı və 7-ci bəndlər əlavə edilsin: 

“6) şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışsa; 
7) şəxsin Azərbaycan Respublikasına daxil olması arzuolunmaz hesab edilmişsə”; 
2.2. yeddinci hissənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin: 
“2) onlar cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmışdırlarsa - barələrində cinayət təqibi üzrə icraat başa çatanadək;”. 

III. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 71; 2001-ci il, № 11, maddələr 669, 674; 2002-ci il, № 7, maddə 395; 2004-cü il, № 4, maddə 199; 2006-cı il, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddələr 1006, 1033; 2007-ci il, № 1, maddə 4, № 4, maddə 319; Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 637-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavə edilsin: 

1. həmin Qərarla təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də: 

1.1. 31-ci bənd aşağıdakı redaksiyada verilsin: 
“31. Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların fərdi olaraq doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. 
Verilmiş pasportlar və vizalar, o cümlədən onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar, habelə qanunvericiliyə müvafiq olaraq ölkəyə gəlmələrinə və ölkədən getmələrinə məhdudiyyət qoyulan şəxslər barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.”; 
1.2. 32-ci və 33-cü bəndlər çıxarılsın; 

2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin: 

“3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. 
Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.”. 

IV. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 136; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 64, № 11, maddə 933; 2007-ci il, № 11, maddə 1053; Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik və əlavə edilsin: 

1. Qanunun adında, 1-ci maddəsində və həmin Qanunla təsdiq edilmiş Əsasnamənin adında “və əcnəbilərin” sözləri “və Azərbaycan Respublikasında 30 qündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri ilə əvəz edilsin; 
2. həmin Qanunla təsdiq edilmiş Əsasnaməyə aşağıdakı məzmunda 39-cu bənd əlavə edilsin: 
“39. Bu Əsasnamədə nəzərdə tutulmuş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 qündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədlərinin fərdi olaraq doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. 
Verilmiş xüsusi sənədlər, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir”. 

V. “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 3; 2007-ci il, № 10, maddə 938) 16-cı maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin: 

“Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir”. 

VI. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 14; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 5, maddə 237; 2006-cı il, № 6, maddə 478; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1075; Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanunu) 1-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: 

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir ”. 

VII. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 477) 7.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin: 

“7.5. Zəruri informasiya Dövlət Reyestrinə xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir: 

7.5.1. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə; 
7.5.2. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə”. 

VIII. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №4, maddə 315; 2008-ci il, № 3, maddə 158) aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin: 

“14-1. Qayıdış şəhadətnamələrinin verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. 
Verilmiş şəhadətnamələr, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.”. 

IX. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 157) 10-cu maddəsinin birinci cümləsində və 13-cü maddəsində “Giriş-Çıxış” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminin (AMAS)” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin” sözləri ilə əvəz edilsin. 

X. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti. 
Bakı şəhəri, 2 oktyabr 2008-ci il. 
26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR