sa sa sa
http://www.president.az

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 82; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 3, maddə 116, № 5, maddə 245; 2004-cü il, № 2, maddələr 57, 58; 2005-ci il, № 4, maddə 278; 2007-ci il, № 8, maddə 752, № 11, maddə 1079) 19-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: 

“Müvafiq icra hakimiyyəti orqanı: 

1) əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə; 
2) kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır”. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti. 
Bakı şəhəri, 6 mart 2009-cu il. 
12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR